Avqust ayı üçün qeyri-iş günləri açıqlanıb
Bakucity.az xəbər verir ki, gələn ay 11 gün iş olmayacaq. Belə ki, avqust ayının 3-4-ü, 10-11-i, 17-18-si, 24-25-i və 31-i tarixləri şənbə və bazar günlərinə düşür.
Ayın 12-i və 13-ü isə Qurban bayramı münasibətilə qeyri-iş günüdür.
Beləliklə, ayın 10, 11, 12 və 13-də davamlı olaraq 4 gün qeyri-iş günü, ümumillikdə ay ərzində isə 11 istirahət günü var.
Qeyd edək ki, bu müddət ərzində Bakı sakinləri və şəhərimizin qonaqları istirahətlərini səmərələri dəyərləndirə bilərlər. Bunun üçün paytaxtımızda bir sıra əyləncləi və mədəni tədbirlərə qatılmaq, teatr və kinoya getmək olar.
Həmçinin, şəhərimizin istirahət mərkəzlərində də dincələ bilərsiniz.
Bakucity.az