Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda ictimai çimərliklər yaradılır - FOTO

Vətəndaşların istirahətlərinin təşkili üçün hər şərait yaradılır

Bakucity.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhərində ictimai çimərliklərin yaradılmasına başlanıb.

Paytaxt sakinləri, eləcə də şəhərimizin çoxsaylı qonaqlarının istək və arzularını, onların IDEA İctimai Birliyinə müraciətləri nəzərə alınaraq birliyin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzləri və pullu çimərliklərə alternativ olaraq ictimai çimərliklərin yaradılmasına start verilib.

İlk olaraq belə çimərlik Səbail rayonunda, “Şıx” çimərlik ərazısındə, Salyan yolu 32 ünvanında (Bakı Şəhər Baş Gömrük İdarəsi ilə üzbəüz) dəniz kənarında 6 ha sahədə yaradılıb. Əvvəllər baxımsız vəziyyətdə olan ərazi təmizlənərək abadlaşdırılıb, burada 60 ədəd kölgəlik, 6 yerdə soyunub-geyinmə kabinələri, 2 yerdə duş, 2 yerdə ikikabinəli sanitariya qovşağı, istirahətə gələn vətəndaşların nahar etmələri üçün 2 ədəd söhbətgah quraşdırılıb, futbol və voleybol meydançaları yaradılıb, dəniz kənarına uzanan yola asfalt çəkilib, 3500 kvadratmetr ərazidə avtomobil dayanacağı yaradılaraq bura asfaltlaşdırılıb.

Vətəndaşların istirahərinin təşkili üçün çimərlik ərazisinə kifayət qədər oturacaq və qamaklar qoyulub, ərazi boyunca zibil konteynerləri quraşdırılıb, əlavə işlər görülüb.

Yaxın günlərdə Pirşağı və Buzovna qəsəbələrində yeni ictimai çimərlik istifadəyə veriləcək. Ümumilikdə isə paytaxtın dənizkənarı ərazilərində 7 yerdə belə çimərliklərin yaradılması nəzərdə tutulub.

“Şıx” ərazisində fəaliyyətə başlayan və digər ərazilərdə yaradılan ictimai çimərliklərə giriş və digər xidmətlərdən istifadə pulsuzdur. Ərazinin təmizliyini lazımi səviyyədə saxlanılması üçün burada xidmət personalı fəaliyyət göstərəcək.

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
83 baxış avqust
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hadisələr
FHN yanğınla bağlı açıqlama yayıb Bakucity.az xəbər verir ki, Suraxanı rayonunun Yeni Ramana qəsəbəsinin ərazisində quru ot və kol-kos yanıb Hadisə yerinə Fövqəladə hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub.  Qısa zamanda yanğın söndürülüb. Bakucity.az
Hadisələr
Paytaxtda iki ərəbin yataqda şam yandırması yanğına səbəb olub Bakucity.az xəbər verir ki, 22-ci Polis bölməsinə daxil olan məlumata əsasən, avqustun 22-nə keçən gecə, saat 02:40-da Rəşid Behbudov küçəsində yerləşən 50 saylı binadakı mənzillərdən birində yanğın baş verib.  Əraziyə yanğınsöndürənlər və hüquq mühafizə orqanlarının əməkdaşları gəliblər. Hadisə nəticəsində ikinəfərlik yataq yanıb, üç nəfər tüstüdən zəhərlənərək Toksikologiya Mərkəzinə yerləşdi...
Ekologiya
Paytaxtda sabaha gözlənilən hava şəraiti açıqlanıb Bakucity.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında avqustun 24-də hava əsasən günəşli olacaq. Şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 33-36, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 25-30 faiz olacaq. Abşeron çi...
Hadisələr
Bakıda dəhşətli anlar kameraya düşüb Bakucity.az xəbər verir ki, eraport yolunda kommunal işçiləri yüksəksürətli yolu keçmək istəyiblər. Onlar yolu qaçaraq keçən zaman son anda avtomobilin təkəri altından qalmaqdan xilas olublar.  Görüntüləri təqdim edirik: (avtosfer.az) Bakucity.az
Hadisələr
O, bu il ikinci sinfə gedəcəkdi Bakucity.az xəbər verir ki, Sabunçu rayonunun Maştağa qəsəbəsində səkkiz yaşlı uşaq elektrik cərəyanı vurması nəticəsində ölüb. Məlumata əsasən, bədbəxt hadisə "Ləhic bağları" adlanan ərazidə, 473 nömrəli yaşayış evinin qarşısındakı transformatorun yaxınlığında baş verib. Hadisə nəticəsində 2011-ci il təvəllüdlü Ələkbər Yusif oğlu Ələkbərov vəfat edib. Polislərin bildirdiyinə görə, axşam saatlarında uşaq pişik balasını yedir...
Hadisələr
Paytaxtda xanım sürücünün pozduğu qayda kameralara düşüb Bakucity.az xəbər verir ki, Sabunçu rayonu, Zabrat yolunda (Balaxanı işıqforunun yanı) 99 NG 853 dövlət nömrə nişanlı avtomobilin sürücüsü əks yola çıxaraq hərəkət edib. Qoşa xəttin tələbini pozan sürücü qarşıdan gələn nəqliyyat vasitələri üçün təhlükə yaradıb. Bununla da inzibati xətalar məcəlləsinin 327.4-cü maddəsinin tələblərini pozub. Sürücünü 100 manat və 4 cərimə balı gözləyir. (Avtosfer.az)  ...
Hadisələr
Bakı-Sabunçu qatarı Bakıxanova qədər gedəcək. Bakucity.az xəbər verir ki, 26 avqust tarixindən 15 sentyabra qədər Sabunçu dəmir yolu stansiyası ərazisində avtomobil keçidində tunelin inşası ilə əlaqədar olaraq, Bakı-Sabunçu-Bakı elektrik qatarları Bakıxanov dayanacağına qədər hərəkət edəcək. Bakı-Bakıxanov-Bakı istiqamətində elektrik qatarlarının hərəkət qrafikində dəyişiklik olmayacaq. Tunelin inşası başa çatanda Bakı-Sabunçu-Bakı istiqamətində elektrik q...
Hadisələr
Paytaxtda baş verən dəhşətli qəza kameraya düşüb Bakucity.az xəbər verir ki, "10-DA-002" dövlət nömrə nişanlı, “Range Rover” markalı avtomobil sürətlə hərəkət etdiyi zaman idarəetməni itirərək parka girib. Zərbənin gücündən parkın ətrafına çəkilmiş dəmir hasar uçub.  Sözügedən görüntüləri təqdim edirik: (Avtesfer.az) Bakucity.az
Ekologiya
Meteohəssas insanlar ehtiyyatlı olmalıdır Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 23-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Bakıda gecə 22-24°, gündüz 36-38° isti, Abşeron yarmadasında gecə 20-24°, gündüz 35-38° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil...