Binəqədi rayonunda piyadanı avtomobil vurub
Bakucity.az xəbər verir ki, hadisə "Bolluq" bazarının yaxınlığında baş verib. Minik avtomobili 1977-ci il təvəllüdlü Arazxanova Vüsalə Süleyman qızını vuraraq ona xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi diaqnozu qoyulub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bakucity.az