Bakıda əcnəbi tələbələr üçün Yay məktəbi təşkil ediləcək

Bakıda əcnəbi tələbələr üçün Yay məktəbi təşkil ediləcək, Oral Aliyev

Yay məktəbinə 35 iştirakçı qatılacaq

Bakucity.az xəbər verir ki, Bakı Ali Neft Məktəbi (BANM) tərəfindən İtaliyanın Milan-Bikokka Universitetinin birgə təşkilatçılığı və “Maire Tecnimont” şirkətinin dəstəyi ilə Bakıda Yay məktəbi təşkil olunacaq.

16-24 sentyabr 2019-cu il tarixlərində keçiriləcək Yay məktəbi  “Davamlı ətraf mühit üçün enerji həlləri” mövzusuna həsr olunacaq. 

Yay məktəbində əcnəbi tələbələrlə yanaşı, Bakı Ali Neft Məktəbinin III və IV kurs tələbələri, o cümlədən magistrantlar iştirak edəcək. Ümumilikdə, Yay məktəbinə 35 iştirakçı qatılacaq.

Proqram çərçivəsində iştirakçılar beynəlxalq və yerli ekspertlərin məruzələrini dinləmək, müxtəlif sosial-mədəni fəaliyyətlərə qoşulmaq və ölkəmizdə fəaliyyət göstərən istehsal strukturlarına təşkil edilən texniki səfərlərdə iştirak etmək imkanı əldə edəcəklər. 

Yay məktəbi müddətində BANM-in yüksəkixtisaslı professor-müəllim heyəti tərəfindən iştirakçılara müxtəlif mövzuları əhatə edən təlimlər keçiriləcək. 

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər