Bakıda internet problemi: “Heç bir provayderə məhdudiyyət qoyulmayıb” - ARAŞDIRMA

Vətəndaşlar problemin çox olduğunu, qurumlar isə onların həll olunacağını deyir

Paytaxtın Abşeron rayon ərazisində (Xırdalan / MK-23 və s.) yaşayan sakinlərin Bakucity.az-a bildirdiklərinə görə, abonentlərin telefon xətləri təxminən 2014-2015-ci illərdə Abşeron Telekomunikasiya Qovşağı tərəfindən xəbərdarlıq edilmədən kəsilib və telefon nömrələri dəyişdirilib (341 EATS-dən 342-ə keçirilib). Həmin vaxta qədər internet provayder seçimində sərbəst olan abonentlərə bildirilib ki, onlar yalnız “Aztelekom” internet provayderinə qoşula bilərlər.  

Provayder bir normal işlədikdən sonra sürətdə azalmalar, ödənilən məbləğə görə kbt-ın verilməməsi (20 AZN-ə 4 kbt verilməlidirsə, abunəçi 2.5 alır), tez-tez internet kəsilməsi və s. kimi müxtəlif problemlər yaranıb. Problemi kökündən həll etmək istəyən sakinlər deyir ki, hazırda Abşeron TKQ tərəfindən onlara “Aztelekom”dan başqa heç bir provayderə çıxış imkanı verilmir. Sakinlərin iradları haqlıdırmi? Qeyd olunan nömrə dəyişikliyi nə zaman olub? İnternet sızıntılarının pulu niyə sakinlərin balansından çıxarılır? Bu və digər suallara cavab tapmaq üçün Bakucity.az aidiyyatlı qurumların münasibətini öyrənib.

Nazirlik: “Heç bir provayderə məhdudiyyət qoyulmayıb”

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən saytımıza bildirildi ki, Abşeron TKQ-nin bütün xidməti ərazisində internet xidmətinin göstərilməsi üçün heç bir provayderə məhdudiyyət qoyulmayıb:

“Abşeron TKQ-nin xidmət ərazisində provayderlər tərəfindən internet xidməti nəinki ADSL, eləcə də GPON və LTE texnologiyaları əsasında təmin edilir və hər bir provayder avadanlıqlarında modernləşmə aparmaqla, ən müasir texnologiyadan istifadə etməklə internet xidməti göstərir. Bundan əlavə, istənilən provayder bizim qoyduğumuz avadanlığın yanında tələblərə cavab verən avadanlıq yerləşdirməklə şəbəkəmizdən istifadə edə bilər”. 

Bir neçə il öncəki nömrə dəyişikliyi ilə bağlı heç bir məlumat verilməsə də, qeyd olunub ki, bu ilin may ayında Abşeron rayonu Goradil qəsəbəsindəki Kanalüstü deyilən ərazidə yerləşən çöl tipli ONU avadanlığında rekonstruksiya işləri aparılıb. Bu zaman 260-a yaxın nömrədə dəyişiklik olub ki, bu da sakinlərin rahat və surətli internetdən istifadəsinə xidmət edəcək.  

“Aztelekom”: “İstifadəçi ödədiyi məbləğə uyğun internet sürəti ilə təmin olunur”

“Aztelekom” MMC-nın baş idarəsindən bildirildi ki, aparılan rekonstruksiya nəticəsində istifadəçilərə daha yaxın məsafəyə qədər optik kabellə qoşulan çöl tipli müasir avadanlıqlar quraşdırılaraq internet və telefon xidməti təmin edilib və nəticədə internet sürəti artırılıb. Uzun müddət istismarda olan magistral mis kabellərin texniki parametrləri müasir tələblərə cavab vermədiyindən, rekonstruksiya olunaraq fiber optik kabellərlə əvəz olunur və daha sürətli internet xidməti təmin edilir. Hər bir istifadəçi ödədiyi məbləğə uyğun internet sürəti ilə təmin olunur. Bundan başqa, “Aztelekom” MMC-nin Abşeron ərazisində apardığı rekonstruksiya işləri nəticəsində yeni quraşdırılan avadanlıqlar vasitəsilə abunəçiyə qədər olan məsafə kifayət qədər azaldılır ki, bu da öz növbəsində trafik itkisinin qarşısını alır, abunəçilərin daha keyfiyyəti internetlə təmin olunmasına şərait yaradır. 

Vətəndaş haqlı çıxdı

Bakucity.az saytı olaraq məsələni araşdırdıq, rəsmi qurumların cavabı vətəndaşları razı salacaq şəkildə oldu.  Bildirildi ki,  vətəndaşlar internet provayder seçimində azaddır.

Aldığımız cavabın həqiət olub olmadığını yerində öyrənmək üçün şikayətçi vətəndaşla birlikdə Məmməd Əmin Rəsulzadə 5 ünvanında yerləşən Abşeron TKQ-a yollandıq və vətəndaşın həqiqətən də ciddi problemlə üzləşdiyinin şahidi olduq. Qurumdan bildirildi ki, vətəndaş nəinki internet provayderi, hətta telefon nömrəsini belə dəyişdirə bilməz.

Ramilə Qardaşxanqızı

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxub, 78 nəfər sağalıb. Azərbaycan Respublikasında 132 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 78 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, serebral ateroskleroz, hipoksik ensefalopatiya və şəkərli diabet xəstəliyi olan 1948-ci il...
Cəmiyyət
Azərbaycanda dövri yoxlama müddəti bitmiş sayğaclar mexaniki sayğaclarla əvəzlənir. Azərbaycanda bu ildən etibarən bütün fərdi yaşayış evlərində (yeni inşa olunan çoxmərtəbəli binalar istisna olmaqla) dövri yoxlama müddəti bitmiş sayğaclar mexaniki sayğaclarla əvəzlənir. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin açıqlamasında bildirilir.  Məlumatda həmçinin deyilir ki, “Azəriqaz” vəsait...
Hadisələr
Binəqədidə əl qumbarası tapılıb. Fövqəladə Hallar Nazirliyinin (FHN)"112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda sursat aşkar olunması barədə məlumat daxil olub. Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri və kinoloji qrupu, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri qeyd olunan əraziyə...
Ekologiya
"Hava qədər sabit olmayan, xüsusilə yaz havası qədər dəyişkən heç nə yoxdur. Gün ərzində onun bir neçə dəfə dəyişdiyini görəndə bir daha buna əmin oluruq". BakuCity.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin (ETSN) rəisi Umayra Tağıyeva deyib. U.Tağıyeva qeyd edib ki, məhz buna görə bütün dünyanın meteoroloqları sutka ərzində hava üzərində fasiləsiz müşahidələr aparırlar...
Kriminal
Azərbaycanda qadağan edilən it döyüşləri keçirilir. BakuCity.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Məlumata görə, məqsədi itlərin pulla döyüşdürülməsi olan “Heyvanların ölümcül oyunu” adlı forum yaradılıb. Döyüşlərdə pitbul və digər it cinsindən olan köpəklərə narkotik tərkibli iynələr vurur və onlar bir-birləri ilə ölənədək döyüşürlər. Bir it digərini parçalayır və ölən heyvanın dərisi soyulur. Qan iyini alaraq daha ağzın...
Ekologiya
Bakıda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mayın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 22-27, Bakıda gecə 15-17, gündüz 24-26 dərəcə isti...
Cəmiyyət
Bölgələrdə və Bakıda  karantin rejimi yenidən sərtləşdirilə bilərmi? Xəbər verdiyimiz kimi mayın 25-də 149 nəfər koronavirusa yoluxub. Bundan əlavə Şamaxı Rayon İcra Hakimiyyəti əməkdaşları COVID-19 infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində profilaktik qaydada testdən keçirilib. Analiz 1 nəfərdə müsbət çıxıb və virus aşkarlanan şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib. Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən Şamaxı Rayon İcra...
Cəmiyyət
Bakıda bir nəfər sakinlərin məhəllə marketləri və apteklərə olan bütün borcunu ödəyib. BakuCity.az xəbər verir ki, kimliyini bildirməyən xeyirxah insan bu hərəkəti Ramazan bayramı münasibəti ilə etdiyini bildirib. O, borcunu ödədiyi mağazalardakı "nisyə dəftər"lərini özü ilə aparıb və bu barədə mağazanın qarşısına elan da yapışdırıb. Obyekt sahibləri bildirirlər ki, uzun illərdir, nisyə mal versələr də, belə bir halla ilk dəfədir qarşılaşırlar. Bağlanan bo...
Hadisələr
Qaradağ rayonunda ağır yol qəzasında ölən 5 nəfərdən birinin şəxsiyyəti məlum olub.  BakuCity.az xəbər verir ki, rayonun Müşfiqabad qəsəbəsi ərazisində "Saipa" və "Opel" markalı avtomobillərin toqquşması ilə baş verən qəza zamanı 5 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. "Saipa"nın sürücüsü, 1956-cı il təvəllüdlü Manaf Nüsubət oğlu Yusubov və avtomobildə olan 4 nəfər sərnişin hadisə yerində ölüb.  1984-cü il təvəllüdlü Ramil Gülhə...