Paytaxtda ağır yol qəzası baş verib
Bakucity.az xəbər verir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki Rüstəmov küçəsində 86 saylı xətt avtobusu minik avtomobili ilə toqquşub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Yaralılar 3 saylı xəstəxanaya çatdırılıb.
Onların vəziyyətləri orta-ağırdır.