Bakı polisi şamlıq ərazidəki hadisə ilə bağlı araşdırmaya başladı

Bakı polisi şamlıq ərazidəki hadisə ilə bağlı araşdırmaya başladı, Oral Aliyev

Paytaxtda polisə qrup şəklində zorlama haqqında şikayət daxil olub

Bakucity.az xəbər verir ki, Abşeron rayonunun 33 yaşlı sakini A.İ 40-cı Polis Bölməsinə müraciət edərək bildirib ki, gecə saat 03:00-da Beynəlxalq Avtovağzal Kompleksi yaxınlığında, şam ağaclarının olduğu ərazidə iki naməlum kişi tərəfindən zorlanıb. Onlardan biri taksi sürücüsü olub.

Lakin ilkin araşdırma zamanı A.İ-nin ifadəsi tam təsdiqini tapmayıb. Məlum olub ki, qadın həmin ərazidə fahişəliklə məşğul olur. Ehtimal edilir ki, qadın ilkin olaraq qiymət danışaraq kişilərlə ağaclıqda cinsi əlaqəyə girib. Lakin kişilər göstərilən intim xidmətə görə ödəniş etməyiblər və qaçıblar. Aldadılmış qadın polisə şikayət edib.

Faktla bağlı heç kim saxlanılmayıb. Təhqiqat davam edir. (Oxu.az)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər