Bakıda vəzifəli şəxsin qardaşı oğlu yol qəzasında öldü

Bakıda vəzifəli şəxsin qardaşı oğlu yol qəzasında öldü

Paytaxtda baş verən avtobus qəzasında ölən şəxsin kimliyi məlum olub

Bakucity.az xəbər verir ki, sözügedən şəxs 26 yaşlı Əli Əmən oğlu Abbasovdur. O, Xəzər rayon Dövlət Yol Polisi bölməsinin rəisi, polis polkovnik-leytenantı Sadiq Abbasovun qardaşı oğludur.

Qeyd edək ki, bu gün səhər saatlarında Sabunçu rayonu Rüstəmov küçəsi 86 ünvanında avtobusla minik avtomobili toqquşub.

Səhiyyə Nazirliyi qəza nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralandığını açıqlayıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. (APA)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər