Bakıdan Gəncəyə gedən qatarların sayı artırılacaq

Bakıdan Gəncəyə gedən qatarların sayı artırılacaq , Oral Aliyev

Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin ediləcək

Bakucity.az xəbər verir ki, buna səbəb Qurban bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etməkdir. Bu məqsədlə 10 və 13 avqust tarixlərində əlavə qatar təyin ediləcək.

Belə ki, Bakıdan 10 avqust tarixində 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı bir istiqamətə təyin edilir. Qatar Bakıdan saat 07:40-da yola düşəcək və Gəncəyə saat 11:55-də çatacaq. 

13 avqust tarixində 704 nömrəli Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı iki istiqamətə təyin edilir. Qatar Bakıdan saat 07:40-da yola düşəcək və Gəncəyə saat 11:55-də çatacaq, geriyə Gəncədən saat 18:30-da yola düşəcək, Bakıya saat 22:45-də çatacaq.(Oxu.az)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər