Paytaxtda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
Fövqəladə Hallar Nazirliyindən (FHN) Bakucity.az-a verilən məlumata görə, Bakı şəhəri Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında şaxta boyunca kommunikasiya xətləri və elektrik naqilləri 42 p.m yanıb. Yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub və yanğın söndürülüb.
Bakucity.az