Bakıda küləkli hava ilə bağlı əhaliyə müraciət edildi

Bakıda küləkli hava ilə bağlı əhaliyə müraciət edildi, Oral Aliyev

Hərəkət iştirakçılarına diqqətli və ehtiyatlı olmaları bildirilib

Bakucity.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi (BNA) hazırda paytaxtda müşahidə edilən küləkli hava şəraiti ilə bağlı ictimai nəqliyyatdan istifadə edən şəxslərə müraciət edib.

BNA avqustun 8-dək davam edəcəyi proqnozlaşdırılan küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarını diqqətli və ehtiyatlı olmağa çağırıb.

“Sərnişinlərdən xahiş edirik ki, dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olsunlar. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmasınlar, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşsünlər, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etsinlər.

Sürücülərə isə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər.

Hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib”, - deyə BNA-dan bildirilib.

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər