Paytaxtda başlayan güclü külək 8 ağacı kökündən çıxarıb
Bakucity.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov məsələ ilə bağlı bunları deyib:
"Əsasən Nəsimi, Yasamal və Nərimanov rayonlarında ağaclar kökündən çıxıb. Hazırda küləyin sürəti 35 m/s-i keçib. Bu da Bakı üçün fırtına deməkdir.
Güclü küləyə görə 30-dan çox ağac aşıb. 4 və 5 rayonda maşının üstünə düşən xeyli ağac var. Ən çox isə Nəsimi, Yasamal və Nərimanovda bu hadisələrə rast gəlinib. Amma kiminsə xəsarət alması ilə bağlı məlumat daxil olmayıb”. (Oxu.az)
Bakucity.az