Bakıda güclü külək darvazanı kişinin başına aşırdı

Bakıda güclü külək darvazanı kişinin başına aşırdı, Oral Aliyev

Xəzər rayonunda 40 yaşlı kişinin üstünə darvaza aşıb

Bakucity.az xəbər verir ki, Binə qəsəbəsində 1979-cu il təvəllüdlü Qəhrəmanov Qəhrəman Fərhad oğlu yaşadığı evin həyətində olarkən üstünə dəmir qapı aşıb.

Yaralı təcili olaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona kəllə-beyin travması, sol bazunun və döş qəfəsinin əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır. (Oxu.az)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər