Bakıda adam öldürən şəxsin şikayəti təmin edilmədi

Bakıda adam öldürən şəxsin şikayəti təmin edilmədi

Hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub

Bakucity.az xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Azad Dandışın barəsində olan hökmdən verilən şikayət üzrə məhkəmə başa çatıb.

Qərara əsasən A.Dandışın apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, ötən il sentyabrın 30-da Sabunçu rayonu ərazisində tufeyli ("bomj") həyat tərzi keçirən 34 yaşlı Valeriy İsakovun baş və burun nahiyəsində xəsarətləri olan meyitinin Sabunçu qəsəbəsindəki evində tapılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi və rayon prokurorluğu əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ramana qəsəbə sakini A.Dandış saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Dandış 17 il müddətinə azadlıqdan məhrum edilib. 

Bakucity.az 

Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər