Bakıda Cəfər Cabbarlının ev muzeyi hələ də baxımsız vəziyyətdədir - FOTOLAR

Yubiley ili başa çatır, muzey niyə təmir edilmir?

Bakucity.az xəbər verir ki, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının yubiley ilində  ev muzeyində təmir-bərpa işlərinə hələ də başlanılmayıb.  

Bu ilin mart ayında dahi drammaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyi tamam oldu. Görkəmli ədibin yubileyi münasibətilə dövlət səviyyəsində bir çox layihələrin həyata keçirilməsi ilə yanaşı, ev muzeyində təmir-bərpa işləri də Mədəniyyət Nazirliyinin nəzarətində idi. Yübileyə bir müddət qalmış isə məlum oldu ki, muzey sökülərək yerində çoxmərtəbəli bina tikiləcək.

Saytımız bu məsələni qabartdıqdan sonra söküntü işi dayandırıldı. Hansı ki, artıq muzeyin ətrafı söküntü üçün hasarlanmışdı.

Məsələni diqqətdə saxlamaq üçün muzeyin vəziyyəti ilə yenidən maraqlandıq. Məlum oldu ki, yubiley ilinin sona çatmasına az bir vaxt qalsa da, muzeylə bağlı dəyişən bir şey yoxdur. 

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxladıq. Nazirlikdən də bildirildi ki, muzeylə bağlı heç bir yenilik yoxdur, olanda mediyaya xəbər veriləcək.

Qeyd edək ki, Cəfər Cabbarlının Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 44 ünvanında yerləşən, vaxtı ilə yaşayıb-yaratdığı ev 1979-cu ildən ədibin ev muzeyi kimi fəaliyyət göstərir. 

Muzeydə 10 mindən çox eksponat – yazıçının həyat və yaradıcılığını əks etdirən sənədlər və fotoşəkillər, nadir əlyazmalar, yazıçının sağlığında istifadə etdiyi, özünə və ailəsinə aid şəxsi əşyalar, ayrı-ayrı dram əsərlərinə hazırlanmış səhnə maketləri, tamaşalardan afişa və proqramlar, maraqlı rəsm əsərləri, görkəmli şəxsiyyətlərin dramaturqa bağışladıqları hədiyyələr, C.Cabbarlı ədəbi irsini tədqiq edən maraqlı elmi əsərlər, mətbuat nümunələri qorunub.

Sonda qeyd edək ki, muzeyin lövhəsi sökülmə ərəfəsində götürülmüşdü və hələ də yerinə asılmayıb. 

Xatırladaq ki, Prezident İlham Əliyev 2018-ci il dekabrın 17-də “Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, böyük ədib və dramaturq Cəfər Cabbarlının 120 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələlərin həll etsin.

Ramilə Qardaşxanqızı

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Bakıdan İzmirə ilk uçuş martın 11-də həyata keçiriləcək Bu il martın 10-dan etibarən Türkiyənin "Pegasus Airlines" aviaşirkəti İzmirdən Bakıya birbaşa sərnişin aviareysi üzrə uçuşlara başlayacaq. BakuCity.az-ın məlumatına görə, bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanından "APA-Economics"ə bildirilib. İzmir-Bakı-İzmir aviareysi üzrə uçuşlar həftədə iki dəfə – III və V günləri saat 03:55-də yerinə yetiriləcək. Bakıdan İzmirə ilk uçuş martın 11-də həyat...
Hadisələr
Maqnitudası 4.6 olub Xəzər dənizində zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən BakuCity.az-a verilən məlumata görə, zəlzələ saat 11:52-də Nardaran stansiyasından 112 km şimal-şərqdə dənizdə qeydə alınıb. Zəlzələnin maqnitudası 4.6, dərinliyi 60 km olub. BakuCity.az
Ekologiya
12 dərəcə isti olacaq Bakıda fevralın 27-nə gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, sabah paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyi...
Ekologiya
Dağlıq ərazilərdə qar yağıb Ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata əsasən, fevralın 25-də ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, güclü şimal-qərb küləyi əsib. Küləyin sürəti Gəncə, Naftalanda 35, Zərdabda 34, Tərtər, Bərdədə 32, Neftçala, Mingəçevirdə 30, Göyçay, Ağdamda 28, D...
Hakimiyyət
Rəsmilər “Ana harayı” abidəsinin önünə gül dəstələri qoyublar Bu gün Bakıda Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilir. BakuCity.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və digər yüksək vəzifəli şəxslər “Ana harayı” abidəsinin önünə əklil və gül dəstələri qoyublar. Mərasimə Azərbaycan Respublikasının ilk Prezidenti Ayaz Mütəllibov da qatılıb. O, Prezident İlham Əliyevlə, həmçinin Mehriban Əliyeva ilə...
Cəmiyyət
Bağçalara nəzarəti də öz üzərinə götürübmüş Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Neftçala Rayon İcra Hakimiyyətində aparılan əməliyyat çərçivəsində otağına baxış keçirilən icra başçısının müavini, deputatlığa namizəd olmuş Gültəkin Sadıqova vəzifəsindən rəsmən azad edilib. BakuCity.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Neftçala Rayon İcra Hakimiyyətinin Sənədlərlə və Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Burcalı Ağayev...
Cəmiyyət
Təbii metereoloji hadisədir Bakıda müşahidə olunan dumanın səbəbləri açıqlanıb. BakuCity.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın sözlərinə görə, hazırda paytaxtda müşahidə olunan duman təbii metereoloji hadisədir. O qeyd edib ki, havanın rütubətliyinin artması və yer səthinə yaxın təbəqədə temperatur inversiyası qatının olması d...
Cəmiyyət
İşlər ilin sonuna kimi yekunlaşacaq Abşeron ərazisində "Stansiya Sumqayıt" adlanan yerdə məcburi köçkünlər üçün yaşayış binalarının tikintisi davam edir. BakuCity.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, işlərin ilin sonuna kimi yekunlaşdırılacağı gözlənilir: "Cənab Prezident 7000-dən çox ailə üçün nəzərdə...
Cəmiyyət
Faktlar təqdim olunur Azərbaycan Televiziyası Xocalı faciəsi ilə bağlı yeni videoçarx hazırlayıb. BakuCity.az xəbər verir ki, çarxda Xocalı qurbanlarının üzləşdiyi faciə səhnləşdirilmiş şəkildə canlandırılır. Eləcə də faciənin miqyası barədə faktlar təqdim olunur. BakuCity.az