Bakıda dadlı və keyfiyyətli dondurma yeyə biləcəyiniz məkanlar - QİYMƏT

Bu məkanlar dondurma sevənlərin işinə yarayacaq

Dondurma yay aylarında hər kəsin sevimli desertidir. Meyvəli, çiyələkli, şokoladlı və s. çeşidi olan dondurma hər yerdə satılır, amma keyfiyyətli olması önəmlidir.  

Bakucity.az paytaxtda ən dadlı və keyfiyyətli dondurma verilən məşhur məkanları oxucular üçün araşdırıb. 

“Madondurma”

Əsasən “takeaway” formatında fəaliyyət göstərən “Madondurma” “MADO” restoranlar şəbəkəsinin (5 şöbəsi var) bir qoludur. Şəbəkənin baş meneceri Emil Qurbanovun dediyinə görə, məkan Türkiyədən gətirilmiş ən keyfiyyərli dondurma növləri ilə xidmət göstərir:

“MADO Türkiyənin brendidir, “Madondurma” isə Maraş dondurması mənasını verir. Satdığımız bütün dondurmalar Türkiyənin məşhur vilayəti Maraşda, keçi südündən xüsusi reseptlə hazırlanır. Çoxsaylı çeşidlərimiz hər il yenilənir, hərdən isə müşdərilərimizin rəyinə əsasan bəzi növlər başqaları ilə əvəzlənir. Bizdə pəhriz və diabetik (şəkər əlavəsiz) dondurmalar da satılır”.

“Madondurma”da qablaşdırma xidməti də var ki, üç paylıq dondurma alan müştəriyə quru buz və xüsusi qab ödənişsiz verilir. Bu qablarda aldığınız dondurmanı açıq havada 3-4 saat saxlaya bilərsiniz. Həmçininin, buradan aldığınız dondurmaları soyuducuda (-18 dərəcə) bir il saxlamaq imkanınız var.

Menyu

Diyabetik dondurma

Tərkib

Qiymət; qram

Şokoladlı (1 porsiya)

7.00 AZN/160 qr

Şokoladlı (1/2porsiya)

4.00 AZN/80 qr

Albalılı (1 porsiya)

7.00 AZN/160 qr

Şokoladlı (1/2porsiya)

4.00 AZN/80 qr

Ballı, badamlı

9.00 AZN/160-40 qr

Sadə (1 qat)

2.50 AZN/40 qr

Dondurmalı ləzzətlər; tərkib

Qiymət; qram

Çıtır qatlar arası dondurma (çıtır qatlar, sadə dondurma, şokolad sousu və fıstıq əzməsi)

12.00 AZN

140/35 qr

Çıtır kadayıf arası dondurma (kadayıf, sadə dondurma, şokolad sousu və fıstıq əzməsi)

7.00 AZN

110/30 qr

Ənənəvi kəsmə dondurma; tərkib

Qiymət; qram

Maraş kəsmə dondurma (sadə kəsmə dondurma, bir dilim paxlava ilə) (1 porsiya)

8.50 AZN

140/40 qr

Maraş kəsmə dondurma (sadə kəsmə dondurma, bir dilim paxlava ilə) (1/2 porsiya)

5.50 AZN

70/40 qr

Klassik kəsmə dondurma (istənilən kəsmə dondurma, bir dilim paxlava, şokolad sousu ilə)

11.50 AZN

210/70 qr

Moruq souslu kəsmə dondurma (sadə kəsmə dondurma, moruq sousu, moruq ilə)

7.50 AZN

140/60 qr

Xüsusi dondurma qabı; tərkib

Qiymət; qram

Böyük dilim sadə dondurma, (fıstıq-fındıq əzməsi, gilas mürəbbəsi, çiyələk dilimləri, çiyələk sousu)

13.00 AZN

210/100 qr

Ənənəvi Maraş dondurma; tərkib

Qiymət; qram

Klassik Maraş dondurma (iki qat sadə dondurma, iki dilim fıstıqlı paxlava, fıstıq əzməsi)

8.00 AZN

80/80 qr

Maraş dondurmalı köklü dilim (fıstıqlı kök dilimi, bir qat sadə dondurma, fıstıq əzməsi)

6.50 AZN

100/40 qr

Mənim dondurmam; tərkib

Qiymət; qram

Antəp fıstıqlı, böyürtkənli, şokoladlı, karamelli, Tutti-frutti, sadə, kivili, damla şokolad, hind qozlu, moruqlu, fantaziya, portağallı, ananaslı, manqolu, bal-badamlı, qara tutlu, çiyələkli, limonlu, bananlı, yemişli

7.50 AZN (1 porsiya 160 qr)

4.50 AZN (1/2 porsiya 80 qr)

2.50 AZN (1 qat 40 qr)

Dondurma “Resital”ı; tərkib

Qiymət; qram

Şokoladlı, sadə, fıstıqlı dondurma, şokolad sousu, souslu kornet, fıstıq əzməsi

7.50 AZN

120/40 qr

Üçlü dondurma; tərkib

Qiymət; qram

Sevdiyiniz 3 növ dondurma (banan dilimləri, şokolad sousu, fındıq-fıstıq əzməsi, kornet parçaları)

7.50 AZN

120/80 qr

Mövsümi dondurma; tərkib

Qiymət; qram

Manqolu, ananaslı, yemişli, kivili

1 porsiya 7.50 AZN /160 qr

1/2porsiya 4.50 AZN /80 qr

2.50 AZN, 1 qat /40 qr

“Split”lər

Tərkibi

Qiymət; qram

Banan “Split”

Karamel, şokolad və bananlı dondurma, banan dilimləri, kornet parçaları, fındıq, fıstıq əzməsi, şokolad sousu

9.50 AZN

120/220 qr

Portağal “Split”

Şokolad, manqo, portağallı dondurma, portağal dilimləri, kornet parçaları, fındıq, fıstıq əzməsi, şokolad sousu

9.50 AZN

120/260 qr

Çiyələk “Split”

Sadə, böyürtkən və çiyələkli dondurma, çiyələk dilimləri, kornet parçaları, fındıq, fıstıq əzməsi, çiyələk sousu

10.00 AZN

120/100 qr

Xüsusi Kuplar

Tərkib

Qiymət; qram


“Red Passion”

Moruq, albalı və çiyələkli dondurma, çiyələk, moruq (mövsümə uyğun) dilimləri, fındıq, fıstıq əzməsi, moruq sousu

8.50 AZN

120/90 qr



“Kup Dark”

Sadə, fantaziya və şokoladlı dondurma, fındıq, fıstıq əzməsi, kornet parçaları, şokolad sousu

8.50 AZN

120/70 qr


Kup Anatolia

Moruq, limon, banan və şokoladlı dondurma, meyvə salatı, fındıq, fıstıq əzməsi, moruq sousu

9.50 AZN

160/150 qr

Ünvan: Məmməd Əmin Rəsulzadə 48

Tel: 012 498 63 41

 “BoomBalamBuz”

Bakının mərkəzində yerləşən kafe, səhər saat 12:00-dan axşam 23:00-a kimi fəaliyyət göstərir. “Coffee”, “Freak Shake”, “Mojito”, “Ice Tea”, “Pancakes”, “Ice Cream” kimi məhsulları ilə tanınan bu məkan 7 növdə dondurma servis edir. Məkanda yüksək keyfiyyətlə yanaşı, dondurma münasib qiymətədir. 

Dondurma

Qiymət

“Oreo”, “Strawberry”, “Citrus”, “Chocolate Banana”

6 AZN

“Black Forest”, “Fruit Mix”

7 AZN

“Watermelon”

9 AZN

Ünvan: Hacı Zeynalabdin Tağıyev 20 C 

Tel: 050 515 26 66

 “QOST Dondurma” 

Azərbaycanda xarici dondurmaların satışı ilə məşğul olan “Az-Tex  MMC” şirkətin satış müdiri Təyyar Əsgərovun dediyinə görə “QOST Dondurma” dondurma evi də sasən “takeaway” formatında fəaliyyət göstərir və burada şirkətin Xorvatiya, Türkiyə, Ukrayna, Rusiyadan  gətirdiyi dadlı və keyfiyyətli dondurma çeşidləri verilir:

“Hər kəsin ağız dadına uyğun və keyfiyyətli məhsullarımızı “Qost Dondurma”da dada və sifariş verə bilərsiniz. Nostaljini sevənlər üçün köhnə Rusiya dondurmalarının dadını, Türkiyənin Maraş dondurmasını (keçi südündən hazırlanmış), Xorvatiya və Ukraynadan gələn seçilmiş məhsullarımızı mütləq hamı dadmalıdır. Bizdə həm paket, həm də çəki məhsullarının çeşidləri daim yenilənir: Şokolad, vanil, çiyələk, sadə, karamel, trufel, fıstıq, malina, qovun, fındıq, sakız, qarağat, qarpız, limon, qaratut, banan, vişnə, alma, kivi, kokos kimi çeşidlərlə hamının zövqünü düşünmüşük”.  

Qeyd edək ki, məkan həm çəki ilə olan həm də paket qablaşmada (tək-tək) məhsullar təklif edir. “Qost Dondurma”da əyləşib istədiyiniz dondurmadan sifariş verib dadmaqla yanaşı, qablaşdırma xidmətindən də istifadə bilərsiniz. 

Çəki dondurmaları: 1 kq 20 AZN, 1 top (70-80 qr) 1.60 AZN. 

Paket qablaşmada olan məhsulların qiyməti ölçüsünə, keyfiyyətinə və qablaşdırılmasına görə 1 AZN-dən başlayaraq 15 AZN-ə qədər dəyişir. 

Ünvan: Tiflis pr E30M6

Tel: 055 450 51 53

“Baku Cafe”

“Baku Cafe”nin meneceri Ayxan Məmmədovun verdiyi məlumata görə, kafedə İtaliyanın “LavAzza” firmasının istehsalı olan səkkiz növdə dondurma: Şokoladlı, “snickers”li, vanilli, vişnəli və s. servis edilir. Bir payda 120-150 qramlıq üç şarik olur və hər şarik müştərinin istəyinə uyğun seçilir. Servis edilən dondurmaların üzərinə həmçinin istəyə görə şokalat siropu və ya kokous əla olunur. 

Qeyd edək ki, məkanda servis edilən dondurmalar xüsusi qablaşdırma formasında olur və keyfiyyətə tam zəmanət verilir. Qiymət: 7:00 AZN.

Ünvan: Nefçilər pr 153 (28 May)

Tel: 012 310 08 08

“Ca`dOro”

Hər gün saat 10:00-dan 23:00-a kimi açıq olan məkanın əməkdaşının verdiyi məlumata görə, kafedə italyan dondurmaları servis olunur:

"Ca`dOro"nı fərqləndirən məqamlardan biri, digər dondurma evlərindən daha çox çeşidlərin olmasıdır. Müştərilərimizin istəyinə uyğun olaraq hazırlanan dondurmalı tortlarımız və s. olmaqla, dondurma sevənlərin bütün istəklərini keyfiyyətli şəkildə doğrulda biləcək hər növ dondurmamız var. Dad və çeşid olaraq bütün zövqləri oxşayacaq, gülərüz personal, rahat məkanlarımız, yüksək servis – bunlar hamısı “Ca`dOro”nı fərqləndirir. Dondurmalarımız İtaliya istehsalıdır. Butun inqrediyentlər İtaliyadan gətirilir və İtaliyada təlim dondurmaçılarımız tərəfindən hazırlanıraq müştərilərimizə təklif olunur. Çeşidlərimiz geniş olduğu üçün, dondurmaların tərkibi də fərqlidir. Gündəlik rastlaşdığımız dondurma çeşidlərilə yanaşı, eqzotik dadlı dondurmalarımız da mövcuddur. Tərkibi barədə onu da əlavə edim ki, bizim dondurmalarımız təbii tərkibdə - meyvə çeşidləri, süd və digər inqrediyentlərlə hazırlanır”.

Xarici turistlərlə yanaşı, paytaxtda yaşayan xarici vətəndaşlar da məkanın müştəriləri arasında böyük paya sahibdir.

Nümunəvi qiymət cədvəli: 

Dondurma

Qiymət

“Take away” (8 scoop)

15.00 AZN

“Take away” (18 scoop)

32.00 AZN

“Smal” (kişik, vaflidə)

2.70 AZN

“Smel” (kişik – qabda)

2.50 AZN

“Medium” (orta – vaflidə)

4.20 AZN

“Medium” (orta – qabda)

4.00 AZN

“Big” (böyük – vaflidə)

6.00 AZN

“Big” (böyük – qabda)

5.80 AZN

“Giant” (nəhəng – vaflidə)

7.50 AZN

“Giant” (nəhəng – qabda)

7. 30 AZN

Paytaxtda üç ünvanda: Rasul Rza 6, “Gənclik Mall” (3-cü mərtəbə), “Park Bulvar”da (4-cü mərtəbə), S.Vurğun 79B və “Amburan Mall”da yerləşən “Cadora” kafenin bütün şöbələrində vaxtaşırı müsabiqələr keçirilir, mükafatlar təqdim olunur.

Tel: 012 493 99 44  

Ramilə Qardaşxanqızı

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
“Aztəminatlı ailələrə yardım olunmalıdır” Yaxın günlərdə sosial yardımlarla bağlı qərar veriləcək. BakuCity.az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə deyib. O bildirib ki, qərarda məqsəd vətəndaşlara dəyən ziyanın yüngülləşdirilməsidir: “İtkilər minimallaşdırılmalı, aztəminatlı ailələrə yardım olunmalıdır. Hələ ki, hansısa dəqiq rəqəm demək mümkün deyil". BakuCity.az
Cəmiyyət
Əhaliyə ödəmələr bu həftə başlaya bilər "Prezident İqtisadiyyat naziri Mikayıl Cabbarovu tələsdirdi ki, bu həftədən ziyanlarla bağlı ödəmələr başlasın. Krediti olan müştərilərin vəziyyətini yaxşılaşdırarkən banka əmanət qoyanların və bankların vəziyyətini pisləşdirməməliyik". BakuCity.az "Report"a istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib. O bildirib ki, bankların iş zəncir...
Cəmiyyət
8 nəfərin vəziyyəti ağırdır Azərbaycanda daha 41 nəfərdə koronavirus aşkarlanıb. BakuCity.az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə deyib. Onun sözlərinə görə, həmin xəstələrdən 8-nin vəziyyəti ağır, 11-nin orta ağır, yerdə qalanların vəziyyəti isə sabitdir. Xəstələrdən 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər isə vəfat edib. BakuCity.az
Cəmiyyət
“Karantin qaydalarını pozmaq inzibati məsuliyyət deməkdir” Polisin maska və əlcəksiz küçəyə çıxanları cərimələməsi bəzi insanların narazılığına səbəb olub. Onlar qanunda belə bir cərimənin olmadığını bildiriblər. BakuCity.az “BakuPost”a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev İctimai TV-də bu məsələyə aydınlıq gətirib. Ə.Baqişev bildirib ki, karantin qaydalarını pozmaq inzibati məsu...
Hadisələr
Artıq sığınacaqdadır Bakıda itin gözlərini çıxardıblar. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, gözləri çıxarılan köpəyi küçədən heyvansevərlərdən biri götürüb. Artıq sığınacağa yerləşdirilən itin kim tərəfindən bu hala salındığı, neçə gündür bu vəziyyətdə olduğu məlum deyil. Xatırladaq ki, bir müddət əvvəl də bir itin gözləri çıxarılmış, cinsiyyət orqanı kəsilmişdi. Hadisə cəmiyyətdə ciddi müzakirələrə səbəb olmuşdu. BakuCity.az
Cəmiyyət
Aptekə, marketə gedən hər bir vətəndaş evdən çıxması barədə məlumat verməlidir "Vətəndaş hər dəfə polis naryadını görəndə deyə bilər ki, o, məişət tullantısını atmağa çıxıb. Buna görə də vətəndaşların evdən çıxmağı ilə bağlı qadağaya ciddi riayət olunması üçün bu kimi məsələlər öz həllini tapıb". BakuCity.az-ın məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev İctimai TV-yə müsahibəsində de...
Hadisələr
İlkin səbəbi açıqlanıb Bu gün gecə saatlarında Sabunçu rayonu Bakıxanov qəsəbəsi S.Qocayev küçəsində tikinti materialları bazarında yanğın baş verib. BakuCity.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Ümumi sahəsi 5000 kv.m olan tikinti materialları bazarında bir-birinə bitişik müxtəlif təyinatlı ticarə...
Cəmiyyət
Bunlar ƏDV-dən azad olunacaq Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar bəzi vergi ödəyiciləri müvafiq müddətə ƏDV-dən azad edilir. BakuCity.az-ın məlumatına görə, bu barədə iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən, sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlarda bildirilib. Əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsulların ƏDV-dən müddətli azad edilməsi də planlaşdırılır. Bəzi məhsulların idxalının və satı...
Cəmiyyət
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi əlcəklərin istifadəsi ilə bağlı məlumat yayıb. BakuCity.az xəbər verir ki, məlumatda son zamanlarda mövcud vəziyyətlə əlaqədar tibbi əlcəklərdən düzgün istifadə məsələsinin gündəmdən düşmədiyi qeyd olunub. Bildirilib ki, bəzi vətəndaşların tibbi əlcəklərdən düzgün istifadə etməməsi və hətta küçələrdə istifadədən sonra yerə atılan “əlcəklər” mənzərəsi narahatlığa səbəb olub: "Bunu nəzərə alaraq əhali üçün akt...