Bakıda polislə sürücünün mübahisəsi ilə bağlı qərar verildi

Həm sürücüyə, həm də polis əməkdaşına cəza verilib

Bakucity.az xəbər verir ki, sosial şəbəkələrdə Qobustan rayon yol polisi əməkdaşlarının “Shacman” markalı yük avtomobilini saxlayaraq sürücünü zorla öz maşınlarına əyləşdirməyə cəhd etməsi ilə bağlı görüntülər yayılıb. Bu zaman tərəflər arasında insident yaranıb. DYP əməkdaşları sürücüdən əmrə tabe olmasını tələb ediblər.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev məsələ ilə əlaqədar bunları deyib:

“Hadisə iyunun 1-də Qobustan ərazisində olub. Kürdəmir sakini yükdaşıma qaydasını pozduğuna görə saxlanılıb. Amma sürücü polis əməkdaşlarına tabe olmayıb. Belə ki, nə sürücülük sənədlərini verib, nə də mərkəzi informasiya sistemində onun şəxsiyyətini müəyyən etmək üçün lazım olan ad və soyadını bildirib. Bunların hamısının görüntüsü də var. Biz artıq onunla bağlı araşdırma aparmışıq.

Ümumiyyətlə, sürücü saxlandığı zaman polislərə tabe olmayıb, şəxsiyyətini müəyyənləşdirmək üçün polisə aparılanda da əməkdaşlara qarşı müqavimət göstərib. Daha sonra həmin şəxs haqqında Qobustan məhkəməsində polisə müqavimət göstərdiyi üçün İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə qərar çıxarılıb”.

K.Əliyev qeyd edib ki, polis əməkdaşı da onunla ünsiyyət zamanı müxtəlif qeyri-etik ifadələrə yol verdiyinə görə intizam məsuliyyətinə cəlb olunub:

“Burada birtərəfli cəza verilməyib. Həm əməkdaşa cəza verilib, həm də vətəndaş məsuliyyətə cəlb olunub. İnspektor onunla uzun müddət çox mədəni rəftar edib. Sürücü onu polis bölməsinə aparan əməkdaşlara müqavimət göstərib, qızışdırıcı ifadələr işlədib. Bunu da qəsdən edib. Bu vaxt isə əməkdaş dözməyərək qeyri-etik ifadələr işlədib”.

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
2-də hərarət yüksəkdir Bu gün həkim müayinəsi üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına 29 nəfər daxil olub. Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərindən BakuCity.az-a verilən məlumata görə, həmin şəxslərin səhhətində hər hansı problem aşkarlanmayıb. Onların İrandakı xəstəlik alovlanan ərazidə olub-olmadıqları araşdırılır. Xatırladaq ki, dünən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına həkim müşahidəsi üçün 23 nəfər...
Cəmiyyət
Materiallar məhkəməyə göndərilib Bakının Nizami rayonu, K.Balakişiyev, 32 ünvanında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət qurumun əməkdaşları tərəfindən yerində araşdırılıb. BakuCity.az-ın məlumatına görə, Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin bildirib ki, sözügedən ünvanda aparılan araşdırma zamanı 3  şam ağacının “Karayev City” MTK tərəfindən tikinti işləri aparılan zama...
Cəmiyyət
Heyvanlara da toxunmayın Səhiyyə Nazirliyi koronavirusdan qorunmağın yollarını açıqlayıb. BakuCity.az-ın məlumatına görə, nazirliyin bununla bağlı hazırladığı videoda qeyd olunur ki, yeməkdən əvvəl və ictimai yerlərdə gəzintidən sonra əlləri ilıq su və sabunla ən azı 20 saniyə yumaq lazımdır. Bildirilir ki, yaxınlıqda soyuqdəymə və qrip əlamətli insan gördükdə mümkün qədər uzaq durmaq, özünüzdə soyuqdəymə, halsızlıq, yüksək hərarət halları aşkar etdikdə də...
Cəmiyyət
Bakıdan İzmirə ilk uçuş martın 11-də həyata keçiriləcək Bu il martın 10-dan etibarən Türkiyənin "Pegasus Airlines" aviaşirkəti İzmirdən Bakıya birbaşa sərnişin aviareysi üzrə uçuşlara başlayacaq. BakuCity.az-ın məlumatına görə, bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanından "APA-Economics"ə bildirilib. İzmir-Bakı-İzmir aviareysi üzrə uçuşlar həftədə iki dəfə – III və V günləri saat 03:55-də yerinə yetiriləcək. Bakıdan İzmirə ilk uçuş martın 11-də həyat...
Hadisələr
Maqnitudası 4.6 olub Xəzər dənizində zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən BakuCity.az-a verilən məlumata görə, zəlzələ saat 11:52-də Nardaran stansiyasından 112 km şimal-şərqdə dənizdə qeydə alınıb. Zəlzələnin maqnitudası 4.6, dərinliyi 60 km olub. BakuCity.az
Ekologiya
12 dərəcə isti olacaq Bakıda fevralın 27-nə gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, sabah paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyi...
Ekologiya
Dağlıq ərazilərdə qar yağıb Ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata əsasən, fevralın 25-də ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, güclü şimal-qərb küləyi əsib. Küləyin sürəti Gəncə, Naftalanda 35, Zərdabda 34, Tərtər, Bərdədə 32, Neftçala, Mingəçevirdə 30, Göyçay, Ağdamda 28, D...
Hakimiyyət
Rəsmilər “Ana harayı” abidəsinin önünə gül dəstələri qoyublar Bu gün Bakıda Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilir. BakuCity.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və digər yüksək vəzifəli şəxslər “Ana harayı” abidəsinin önünə əklil və gül dəstələri qoyublar. Mərasimə Azərbaycan Respublikasının ilk Prezidenti Ayaz Mütəllibov da qatılıb. O, Prezident İlham Əliyevlə, həmçinin Mehriban Əliyeva ilə...
Cəmiyyət
Bağçalara nəzarəti də öz üzərinə götürübmüş Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Neftçala Rayon İcra Hakimiyyətində aparılan əməliyyat çərçivəsində otağına baxış keçirilən icra başçısının müavini, deputatlığa namizəd olmuş Gültəkin Sadıqova vəzifəsindən rəsmən azad edilib. BakuCity.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Neftçala Rayon İcra Hakimiyyətinin Sənədlərlə və Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Burcalı Ağayev...