Üfüqi nişanlanma işləri qısa zamanda yekunlaşdırılacaq
Bakucity.az xəbər verir ki, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsinin daxili yollarında üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunub.
Bakucity.az