Güclü külək Bakıda teatr binasının şiferini qopardı

FHN-nə paytaxtda güclü küləklə bağlı müxtəlif müraciətlər daxil olub

Bakucity.az xəbər verir ki, Ötən gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedici qrupları müxtəlif səpkili xilasetmə və təhlükəsizlik əməliyyatları həyata keçiriblər. 

Belə ki, Bakı şəhər Nərimanov, Nəsimi və Yasamal rayonlarında ağacların aşması nəticəsində sakinlərin piyada və avtonəqliyyat vasitələri ilə sərbəst hərəkəti məhdudlaşıb. Hadisə yerinə gedən xilasedici qruplar təhlükəsizlik qaydalarına riayət etməklə ağacların qırılmış hissələrini doğrayaraq kənara çəkib və vətəndaşların təhlükəsiz hərəkətini təmin ediblər. 

Bundan əlavə, paytaxtın Səbail rayonunda yerləşən Azərbaycan Dövlət Musiqili Teatrının binasının damında dəmir şiferin qopması nəticəsində bina sakinləri üçün təhlükəli vəziyyət yaranıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə dəmir şiferi kəsib kənarlaşdıraraq vətəndaşların təhlükəsizliyini təmin ediblər. 

Həmçinin, Nəsimi rayonu ərazisində çoxmənzilli yaşayış binasının damında külək nəticəsində alkaponun bir hissəsinin qoparaq asılı vəziyyətdə qalması bina sakinlərinin həyatı üçün təhlükə yaradıb. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri 7 mərtəbəli yaşayış binasının damına çıxaraq alkaponu kəsib kənarlaşdıraraq təhlükəsizliyi təmin ediblər.

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
16 baxış oktyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Oktyabrın 14-də Bakının Nərimanov rayonu, Nazim Hacıyev küçəsində quraşdırılan “kitab dayanacağı” sökülüb. Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov BakuCity.az-a açıqlamasında bildirib: “Məndə olan məlumata görə, həmin köşk SOCAR tərəfindən quraşdırılıb və dünən elə həmin şirkətin əməkdaşları tərəfindən demontaj olunub. İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti tərəfindən isə həmin ərazi nəzarətə g...
Hadisələr
Bakıda tikintidə ölüm hadisəsi baş verib. BakuCity.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Neftçilər prospektində yeni tikilən yaşayış binasının inşası zamanı qeydə alınıb. Həmin tikintidə işləyən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü İsmayılov Ramiz Vəli oğlu inşaat ərazisində işlədiyi vaxt başına boru dəyib. R.İsmayılov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hüquq-mühafizə oqanları hadisə yerinə gələrək mey...
Siyasət
Bakıda müxalifətin bu günə təyin edilən mitinqi təxirə salınıb. BakuCity.az xəbər verir ki, bu barədə AXCP sədri Əli Kərimli sosial şəbəkədə elan edib. O qeyd edib: "Dostlar, mitinqin təşkilatçılarının kütləvi şəkildə həbs edilməsi, həmçinin ölkədə və xaricdə yaşayan dostların aksiya ilə bağlı ciddi təxribatlar hazırlanması barədə ötürdüyü məlumatların ciddiliyi Milli Şuranın koordinasiya mərkəzinin üzvləri arasında yenidən müzakirə edilmiş və 19 oktyabra...
Cəmiyyət
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) agentliyin sədr müavinləri Rüfət Rüstəmzadə və Balarəhim Quliyevin iştirakı ilə enerji içkilərinin istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla geniş müşavirə keçirilib. AQTA-dan BakuCity.az-a verilən məlumata görə, müşavirədə 2020-ci il yanvarın 1-dən “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”nın qüvvəyə minəcəyi bildirilib.  Enerji içkilərinin saxlanma və daşınması ilə bağl...
Hadisələr
Bakının Yasamal rayonunda yol qəzası baş verib. BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə Mətbuat prospektində qeydə alınıb. Vüqar Əmircanov idarə etdiyi “Lada Priora” markalı minik avtomobili ilə işıqforun yaşıl işığından keçən zaman hələlik şəxsiyyəti məlum olmayan sürücü “Tofaş” markalı nəqliyyat vasitəsilə ona çırpılıb. Həmçinin oxu: Bakıda ağır qəza: xarab olub yolda qalan "Qazel"ə çırpıldı - VİDEO Qəza zamanı yolda sıxlıq yaranıb. “Tofaş”...
Ekologiya
Bakıda istirahət günlərinin hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, oktyabrın 19-20-də paytaxtda hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 32-36 dərəcə isti təşkil edəcək. BakuCity.az
Cəmiyyət
Oktyabrın 15-də Azərbaycanın paytaxtında keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Bakıya gələn jurnalist Ahmet Hakan təəssüratlarını bölüşüb. BakuCity.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, jurnalist “Gözümdə kiçiltdiyim Bakıdan xəcalət çəkərək qayıtdım” başlıqlı yazı yazıb. O qeyd edib ki, Bakıya “Qafqazın...
Hakimiyyət
Bakıda qəzalı vəziyyətdə olan yataqxanalar sökülməlidir. BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevi qəbul edərkən deyib. İlham Əliyev bildirib ki, paytaxtda qəzalı vəziyyətdə olan, məcburi köçkünlərin məskunlaşdığı yataqxanalar boşaldılandan sonra həmin yataqxanaların yerində yeni binalar tikilə bilər: Həmçinin oxu: Prezidentdən Bakı yolları ilə...
Cəmiyyət
"Bakı Metropoliteni" QSC-nin stansiyalarının rəislərinin yerləri dəyişib. BakuCity.az "Report”a istinadən məlumat verir ki, bu barədə qurumun rəisi Zaur Hüseynov əmr imzalayıb. Onların bəzilərinin adları məlum olub. Z.Hüseynovun əmrinə əsasən, metronun "Şah İsmayıl Xətai" stansiyasının rəisi Cümşüd Cəfərov vəzifəsindən azad edilərək "Sahil" stansiyasına, "Neftçilər" stansiyasının rəisi Dəyanət Dadaşov isə vəzifəsindən azad edilərək "Şah İsmayıl Xətai" stan...