AZAL-a məxsus təyyarənin ayaqyolundan 18 ədəd mobil telefon tapılıb
Bakucity.az xəbər verir ki, "iPhone" markalı mobil telefonlar İstanbul-Bakı reysi ilə hərəkət edən sərnişin təyyarəsində aşkar olunub.
Mobil telefonların tapılması tualetin xarab olması nəticəsində üzə çıxıb.
Qeyd edək ki, həmin reysdən öncə təyyarə BƏƏ-nin Dubay şəhərindən gəlirmiş.
Məsələyə aydınlıq gətirmək üçün "Azərbaycan Hava Yolları" QSC prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski bildirib ki, AZAL Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə əməliyyat keçirərək məsələni araşdırır. (Baku.ws)