Bakıda eyş-işrətlə məşğul olan ərəbləri soydular

Paytaxtda Səudiyyə Ərəbistanı vətəndaşlarına qarşı quldurluq edilib

Bakucity.az xəbər verir ki, bu barədə Səbail Rayon Polis İdarəsindən məlumat verilib.

Üç naməlum şəxs avqustun 5-nə keçən gecə Üzeyir Hacıbəyov küçəsində yerləşən 94 nömrəli evdəki mənzilə girib. Mənzili Səudiyyə Ərəbistanı vətəndaşları – 1998-ci il təvəllüdlü Əlibaba Əli Həsən və onun həmyaşıdı Əlsaəəd Məhəmməd Əbdülrahim kirayəyə götürüblərmiş. Basqın zamanı əcnəbi turistlər yerli fahişələrlə eyş-işrətlə məşğul olduqlarına görə cinayətkarların gəlişi onlar üçün gözlənilməz olub.

Cinayətkarlar ərəblərdən 1500 manat və 5 ədəd bahalı mobil telefon götürüblər. Sonra basqın edənlərdən ikisi Əlibaba Əli Həsən ilə mənzildən çıxaraq Puşkin küçəsindəki "Bank of Baku” bankomatına gediblər. Ərəbin kartından 200 manat çıxaran kişilər hadisə yerinə qayıdıblar. Onlar burada turistləri yapışqanlı lentlə bağlayaraq hadisə yerindən qaçıblar.

Məlumata görə, turistlərin əyləndikləri qız soyğunçularla əlbir olub. Çünki o, cinayətkarların mənzilə səssiz-səmirsiz daxil ola bilmələri üçün qapını açıq saxlayıb.

Qeyd edək ki, əməliyyatçılar artıq şübhəlilərin izinə düşüblər. Hazırda onların aşkar edilərək saxlanılması üzrə iş aparılır. (oxu.az)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Hadisələr
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə dünən axşam saatlarında Qaradağ rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması zamanı 2005-ci il təvəllüdlü Pirverdiyev Elgün Elşən oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ pəncənin kəsilmiş yarası diaqnozu qoyulub. (report) BakuCity.az
Cəmiyyət
Bu gündən polis maska taxmayan vətəndaşları inzibati qaydada cərimələyəcək. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. BakuCity.az xəbər verir ki, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşı...
Cəmiyyət
Bakıda ekspres xətt avtobuslarının fəaliyyəti dayandırılacaq. Xüsusi karantin rejiminin gücləndirilməsi və "Bakı Metropoliteni" QSC-nin fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar təşkil olunmuş 7 ekspres marşrut üzrə sərnişin daşımaları iyunun 4-dən dayandırılacaq.  Bu barədə BakuCity.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.  Bu xətlər üzrə istismarda olan avtobuslar müsabiqə nəticəsində “BakuBus” MMC-yə həvalə edilən xətlər üzrə sərnişindaşı...
Cəmiyyət
Azərbaycanda daha 273 nəfər koronavirusa yoluxub, 56 nəfər sağalıb. Azərbaycan Respublikasında 273 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 56 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1943, 1954 və 1956-cı il təvəllüdlü 3 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 5 935 nəfərin...
Cəmiyyət
Baş Nazir tədris və təlim-tərbiyə prosesi barədə sərəncamı imzalayıb. Baş Nazir Əli Əsədov Azərbaycan ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə sərəncam imzalayıb. BakuCity.az xəbər verir ki, sərəncamla Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş xüsusi karantin rejiminin qaydalarına...
Mədəniyyət
Azərbaycanlı müğənni Bayıldakı villasını 300 minə kirayə verib. "Ağlayan müğənni onsuz ilboyu ağlayacaq. Mən müğənni tanıyıram ki, Bayılda bahalı villası var, onu bir şirkətə uzun müddətli kirayə verərək 300 min manat pul alıb”. BakuCity.az xəbər verir ki, bu sözləri jurnalist Ülviyyə Alovlu "Youtube” kanalında yayımlanan "Bomba Tv” adlı verilişində deyib. Ü.Alovlu həmin ifaçının adını çəkməsə də, onun kirayə verdiyi bir neçə mənzilinin olduğunu da deyib:...
İdman
"Quarani" komandasının futbolçusu "Neftçi"yə qatılır. "Neftçi" klubu Braziliyanın B Seriyasında çıxış edən "Quarani" komandasının futbolçusu Tallison Auqustonu heyətinə qatır.  BakuCity.az xəbər verir ki, 29 yaşlı braziliyalı müdafiəçi paytaxt klubu ilə 3 illik sözləşmə imzalayacaq.  O, ötən gün komanda ilə yollarını ayıran haitili Donald Geryeni əvəzləyəcək. "Quarani"nin icraçı direktoru Miçel Alves futbolçunun Azərbaycan klubuna keçəcəyini təsdiqləyib. O...
Biznes
Fəaliyyəti bərpa olunan "mall"lara maska və əlcəksiz daxil olmaq qadağandır. Bakıda olan bir neçə alış-veriş mərkəzi Nazirlər Kabinetinin göstərişlərinə əməl edərək yenidən fəalittətə başlayıb. BakuCity.az-ın verdiyi məlumata görə, “Gənclik Mall” və “28 Mall”dan qeyd olunub ki, maska və əlcəklərdən istifadə etməyən şəxslərin ticarət mərkəzlərinə girişi qadağandır: “Mall”ların hər bir girişi mühafizə xidmətləri tərəfindən nəzarətdədir. İçəri daxil olarkən h...
Cəmiyyət
Metronun Qara Qarayev stansiyasında polislərlə vətəndaşlar arasında gərginlik yaşanıb. BakuCity.az xəbər verir ki, stansiyada baş verən mübahisə zamanı çəkilən görüntülər sosial şəbəkədə yayılıb.   Kadrlardan da göründüyü kimi iki polis əməkdaşı hansısa qayda pozuntusu səbəbindən vətəndaşı vaqondan çıxarmağa çalışır. Ancaq qatarda olan digər sərnişinlər bunun qarşısını alır və polisləri vaqondan çıxarırlar. BakuCity.az