Bakının bir hissəsində elektrik enerjisi kəsiləcək

Bakının bir hissəsində elektrik enerjisi kəsiləcək, Oral Aliyev

"Azərişıq" yaranacaq narahatlığa görə istehlakçılarından üzr istəyib 

Bakucity.az xəbər verir ki, sabah saat 10:00-dan 15:30-dək Abşeron rayonunun AAAF Yaşayış massivinə və Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq. 

Bildirilib ki, fasilə 110 kv-luq "I Binəqədi hava elektrik verilişi xətti"ndə aparılan yenidənqurma işləri ilə əlaqədardır.

Bundan əlavə, sabah saat 10:00-dan 16:00-a qədər Pirşağı-Sumqayıt dəmir yolunun 35-ci km-də Fatmayı yeraltı avtomobili yol keçidinin tikintisi ilə əlaqədar 110/35/6 kV-luq "136 saylı yarımstansiya"dan çıxan, Bağlar ETSİ-nin balansında olan 6 kV-luq hava xətti də şəbəkədən açılacaq və Fatmayı bağlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

"Azərişıq" yaranacaq narahatlığa görə istehlakçılarından üzr istəyib. 

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər