Bu il paytaxtda ilanların sayı artıb
Bakucity.az xəbər verir ki, vətəndaşlardan biri “28 Mall”da ilanla rastlaşıb. İlan ticarət mərkəzinin avtodayanacağında görünüb.
Zoologiya Muzeyinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyatova bildirib ki, Abşeron yarımadası, o cümlədən Bakı arid zona (su səthindən buxarlanma atmosfer çöküntüləri çox olan iqlim zonası) olduğundan burada ilanların yaşaması üçün çox əlverişli mühit var:
"Xəzərdə yaşayan su ilanları vaxtaşırı sahilə çıxırlar. Onlar adətən qidalarını dənizdə qəbul edirlər, Günəş şüası qəbul etmək üçün sahilə çıxır, sonra yenidən dənizə qayıdırlar. Su ilanları insan üçün təhlükəli deyil".