Bakı Şəhər Halqası Əməliyyat Şirkəti cərimələndi

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti cərimələndi, Oral Aliyev

Palata protokolu baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərib

Bakucity.az xəbər verir ki, Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Bakı Şəhər Halqası Əməliyyat Şirkəti barəsində inzibati xəta haqqında protokol tərtib edib.

Nərimanov Rayon Məhkəməsi şirkətin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilinərək, 14498.4 dollar cərimələnməsi barədə qərar çıxarıb.

Qərardan narazı qalan şirkət apellyasiya şikayəti verib. (APA)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər