Bakıda “ASAN xidmət”mərkəzləri işləməyəcək

Bakıda “ASAN xidmət”mərkəzləri işləməyəcək

Qeyri-iş günləri ilə bağlı əhaliyə müraciət edilib

Bakucity.az xəbər verir ki, avqustun 12-13-də Qurban bayramı ilə əlaqədar “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür. 

Bütün ölkə ərazisində olduğu kimi, Bakıda da bu mərkəzlər işləməyəcək. 

Avqustun 14-dən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Hazırda Azərbaycanda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda yerləşir. 

Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər