Bakıda piyada keçidlərinin nişanlanmasında yenilik edildi - FOTO

Bakıda piyada keçidlərinin nişanlanmasında yenilik edildi - FOTO, Oral Aliyev

Artıq 14 küçə və prospektdə qeyd edilən işlər yekunlaşdırılıb

Bakucity.az xəbər verir ki, Bakının inzibati ərazisindəki yol kəsişmələrində nişanlanma xətləri, xüsusən də eynisəviyyəli piyada keçidlərinin iki komponentli boya ilə əvəzlənməsinə başlanılıb.

Məqsəd yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırmaqdır. Yeniliyin tətbiqi ilə piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini daha yaxşı təmin etmək mümkün olacaq.

İki komponentli boyaların əsas üstünlükləri aşağıdakılardır:

- Yüksək işıqqaytarıcılıq keyfiyyəti. İşıqqaytarıcılıqın artırılması üçün boyaya xüsusi şüşə kürəcikləri də əlavə edilir. Bu da həm günün qaranlıq saatlarında, həm də görüntünün məhdud olduğu pis hava şəraitində yol nişanlamalarının daha görünən olmasına imkan verir.

- Uzun müddətli qalıcılıq. İki komponentli boyalar daha qalın olur və soyuq boyaya nisbətən uzun müddət keyfiyyətini itirmir.

- Daha asan yuyula bilən olması

Ümumilikdə son 4 ay ərzində Agentlik tərəfindən 107 küçə və prospektdə eyni səviyyəli piyada keçidləri yenilənib.

Qeyd edək ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bakıda piyada keçidlərinin nişanlanmasında yenilik edildi - FOTO, fotoşəkil-1 Bakıda piyada keçidlərinin nişanlanmasında yenilik edildi - FOTO, fotoşəkil-2 Bakıda piyada keçidlərinin nişanlanmasında yenilik edildi - FOTO, fotoşəkil-3

Bakucity.az  

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər