Z.Sədiyev xəstəxanaya gətirilib, vəziyyəti qənaətbəxşdir
Bakucity.azxəbər verir ki, avqustun 5-də Nərimanov rayonunun Atatürk prospektində naməlum şəxs xuliqanlıq zəminində Bakı şəhər sakini Z.Sədiyevin sağ ayaq nahiyəsinə odlu silahdan açdığı atəşlə xəsarət yetirib.
Bakı şəhər Baş Polis İdarəsinin və Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Salyan rayon sakini R.Sadıqov saxlanılıb.
Qeyd edək ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bakucity.az