Bakıda hava soyuyacaq, yağış gözlənilir - PROQNOZ

Bakıda hava soyuyacaq, yağış gözlənilir - PROQNOZ, Oral Aliyev

Avqustun 8-də ölkə paytaxda gözlənilən hava şəraiti açıqlanıb

Bakucity.az xəbər verir ki, avqustun 8-də Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. 

Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 27-29, Bakıda gecə 23-25, gündüz 27-29 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 764 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 60-70 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək.

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər