Səbail rayonunda bir neçə qəribə hadisə baş verib
Bakucity.az xəbər verir ki, avqustun 5-i saat 22:40-da “102” telefon xidmətinə zəng edən kişi bəyan edib ki, Daxili İşlər Nazirliyinin binası qarşısına partlayıcı qurğu qoyulub. Lakin məlumat təsdiqini tapmayıb.
Əməliyyatçılar zəng edən kişinin şəxsiyyətini müəyyənləşdiriblər. Bu, Novxanı qəsəbəsində yaşayan 1974-cü il təvəllüdlü Qalib Qəribovdur. Onun ruhi-əqli problemi olduğu müəyyən edilib.
Polis kişini psixiatriya xəstəxanasına yerləşdirmək məqsədilə həkim briqadası çağırıb. Lakin Q.Qəribov bundan xəbər tutan kimi qaçıb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları “telefon terrorçusu”nu axtarırlar.
Qeyd edək ki, bu barədə Səbail Rayon Polis İdarəsindən məlumat verilib. (Oxu.az)
Bakucity.az