Bakıda qız dayısını bıçaqladı

Bakıda qız dayısını bıçaqladı, Oral Aliyev

Şüvəlan qəsəbəsində qız dayısına bıçaqla hücum edib.

Bakucity.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində qeydə alınıb.

Məlumata görə, 1949-cu il təvəllüdlü Adil Mənsur oğlu Şükürov bacısı qızı, 1989-cu il təvəllüdlü Dibirova Elvira Şaban qızının hücumuna məruz qalıb. Belə ki, 30 yaşlı qız bıçaq ilə dayısına xəsarət yetirib.

Hadisəni törədən E.Dibirovanın ruhi-əqli vəziyyətinin yerində olmadığı qeyd edilir.

Yaralı A.Şükürov 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Vəziyyəti stabildir.

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər