Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçiriləcək
Bakucity.az xəbər verir ki, bu gün paytaxt təmsilçisi “Neftçi” İsrailin “Bney Yehuda” klubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, “Neftçi” bu mərhələni keçsə, pley-offda “Malmö” – “Jirinski” cütünün qalibi ilə qarşılaşacaq.
8 avqust
Avropa Liqası
III təsnifat mərhələsinin ilk oyunu
21:00. "Neftçi" - "Bney Yehuda"
Hakimlər: Kərim Abed, Hiçam Zakrani, Mikael Berçebru, Floran Batta (Fransa).
Bakı. “Bakcell Arena”.
Matç CBC Sport kanalı ilə canlı yayımlanacaq.
Bakucity.az