Bakıda sürücü maşını insanların üstünə belə sürdü - VİDEO

Bakıda sürücü maşını insanların üstünə belə sürdü - VİDEO, Oral Aliyev

"Gənclik" stansiyasının yaxınlığında ağır yol qəzası baş verib

Bakucity.az xəbər verir ki, yol qəzasının baş vermə anı kameraya düşüb. 

Kadrlardan göründüyü kimi avtomobil digər maşınların arasında manevr edir və qəfil dayanacağa doğru hərəkət edir. 

İdarəetməni itirərək dayanacağa çırpılan avtomobil səki ilə gedən 22 yaşlı qızla 23 yaşlı oğlanı vurub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qıza ilkin diaqnoz kimi sol bazunun travması, oğlana alının kəsilmiş yarası qoyulub. (Baku.ws)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər