Bakıda sürücü yaşlı kişini vurmamaq üçün qəza törətdi - VİDEO

Bakıda sürücü yaşlı kişini vurmamaq üçün qəza törətdi - VİDEO

Paytaxtda baş verən daha bir qəzanın görüntüləri yayılıb

Bakucity.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, “Koroğlu” metrostansiyasının yaxınlığında baş verib. 

Müəyyən olunmamış yerdən asta sürətlə yolu keçən qoca kişi qəzaya səbəb olub. Belə ki, sürətlə hərəkət edən “Nissan” markalı avtomobil piyadanı vurmamaq üçün sərt manevr edib və nəticədə avtomobil yol kənarındakı bardürlərə çırpılaraq, qarşı yola düşüb. 

Hadisə zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb. Qəza anbaan arxadan gələn avtomobillərdən birində yerləşdirilmiş təhlükəsizlik kamerasına əks olunub. 

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər