Bakıda sabah hava necə olacaq? - PROQNOZ

Bakıda sabah hava necə olacaq? - PROQNOZ, Oral Aliyev

Paytaxtda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Bakucity.az xəbər verir ki, avqustun 9-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 27-30, Bakıda gecə 21-23, gündüz 28-30 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 763 mm civə sütunundan 759 mm civə sütununa enəcək, nisbi rütubət 65-75 faiz olacaq.

Abşeron çimərliklərində şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti təşkil edəcək.

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər