Bakıda qaz xəttinin təmiri zamanı avtomobil quyuya düşdü

Bakıda qaz xəttinin təmiri zamanı avtomobil quyuya düşdü

"Qəza avtomobil sahibinin yol verdiyi diqqətsizlikdən baş verib"

Bakucit.az xəbər verir ki, Yasamal rayonu, Hüseyn Cavid prospekti 231-235 ünvanında baş verən yol qəzası ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi (İB) açıqlama yayıb.

Qurumun İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov məsələ ilə bağlı bunları deyib:

"Avqustun 7-də günorta saatlarında Yasamal rayonu H.Cavid 231 ünvanında yeraltı qaz xəttində qaz sızması barədə məlumat daxil olub.

Əvvəlcə sızma ərazisi, daha sonra dəqiq sızma nöqtəsi müəyyənləşdirilib. Müvafiq təşkilatlardan qazıntı icazəsi alındıqdan sonra işlərə başlanılıb. Təqribən 10 m uzunluğunda qaz xətti yenisi ilə əvəz olunub.

Təqdim etdiyimiz fotolarda da əvvəlki korroziyaya uğramış və əvəzləmədən sonra yeni qaz xəttləri də əksini tapır.

Bu gün qazılmış hissənin örtülməsi icra olunur. Məlumat üçün bildirmək istərdik ki, işlərə başlamamışdan öncə ərazi təhlükəsizlik lenti ilə əhatələnib və xüsusi xəbərdaredici nişanlar qoyulub.

Lakin buna baxmayaraq minik avtomobillərindən biri qazıntı aparılmış yerə düşüb.

“Azəriqaz” İB olaraq bir daha qeyd edirik ki, ərazidə bütün təhlükəsizlik tədbirləri əvvəlcədən icra olunub və hər hansı bir avtomobilin qazıntı sahəsində qəza törətməsi yalnız avtomobil sahibinin yol verdiyi diqqətsizlikdən irəli gələ bilər". (Baku.ws)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər