Motokross üzrə Bakı çempionatının qalibləri müəyyənləşdi / FOTO

Motokross üzrə Bakı çempionatının qalibləri müəyyənləşdi / FOTO

Bakıda motokross üzrə çempionat keçirilib

Bakucity.az xəbər verir ki, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Ümid Avtomobil Klubunun meydançasında motokross üzrə Bakı şəhər çempionatı keçirilib. 

İdmançılar güclərini 2 növ mühərrikli motosikletlərdə göstərib.

Yarışın yekun nəticələrinə əsasən 125sm3 həcmli motosikletlərdə I yerə Fyodr Pudikov, II yerə Arif Bağırov, III yerə Nail Mustafayev, 250sm3 həcmli motosikletlərdə isə I yerə Vaqif Əhmədov, II yerə Sabir Babayev, III yerə isə Valeriya Turin layiq görülüb.

Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar. (Trend)

Motokross üzrə Bakı çempionatının qalibləri müəyyənləşdi / FOTO, fotoşəkil-1 Motokross üzrə Bakı çempionatının qalibləri müəyyənləşdi / FOTO, fotoşəkil-2

Bakucity.az

motokross
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər