Bakıda hava şəraiti niyə qeyri-sabir keçit? - AÇIQLAMA

Bakıda hava şəraiti niyə qeyri-sabir keçit? - AÇIQLAMA

Coğrafiya İnstitutu hava şəraitinin qeyri-sabit keçməsinin səbəblərini açıqlayıb

AMEA-nın Həsən Əliyev adına Coğrafiya İnstitutu ölkədə avqust ayında hava şəraitinin qeyri-sabit keçməsinin səbəblərini açıqlayıb.

İnstitutun direktoru Ramiz Məmmədov havanın belə keçməsinin iqlim dəyişikliyinin nəticəsi olduğunu deyib.

Onun sözlərinə görə, regionda küləklərin sürəti dəyişir:

“Bu, böyük bir siqnaldır. Çünki iqlim dəyişmələri hər şeydə təzad yaradır. Misal olaraq, iqlim dəyişikliyi həm kənd təsərruüfatına, həm də insanların sağlamlığına mənfi təsir göstərə bilər. Ona görə də iqlim dəyişikliyinə, belə hallara hazırlıqlı olmaq və adaptasiya olunmaq lazımdır”.

O qeyd edib ki, BMT-nin hesabatında fəsil anlayışının artıq yaddan çıxacağı fikirləri əksini tapıb:

“Yəni yaz, payız, qış fəsilləri anlayışı olmayacaq. Məsələn, yay aylarında 40 dərəcə isti ola, 5 gündən sonra isə qar yağa bilər”.

Bakucity.az

hava şəraiti
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər