Bakıda sərnişin avtobusunun iştirakı ilə zənirvari yol qəzası olub
Bakucity.az xəbər verir ki, hadisə Nəsimi rayonunda, Nəsibbəy Yusifbəyli küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində qeydə alınıb.
Belə ki, 3 nömrəli marşrut xətti ilə hərəkət edən "Baku Bus" avtobusu 2 minik avtomobili ilə toqquşub.
Nəticədə minik avtomobillərdən birinin sürücüsü xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır. (Report)