Məlumatı Dövlət Statistika Komitəsi verib
Bakucity.az xəbər verir ki, bu ilin yanvar-iyul aylarında paytaxtda və ümumilikdə ölkədə istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilin müvafiq dövrünə nisbətən 2,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,1 faiz bahalaşıb.
Belə ki, cari ilin iyulunda iyun ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,1 faiz, o cümlədən qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,1 faiz bahalaşıb.
Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri isə sabit qalıb.
Bakucity.az