Bakıda xadiməyə təcavüz etdilər, müqavimət göstərib qaçdı

Bakıda xadiməyə təcavüz etdilər, müqavimət göstərib qaçdı

Kişi kafedə işləyən xadiməyə təcavüz etməyə cəhd göstərib

Bakucity.az xəbər verir ki, bu barədə Xətai rayonu hüquq-mühafizə orqanlarından məlumat verilib.

Hadisə avqustun 7-si saat 02:00-da paytaxtın İsmayılov küçəsində kafenin yanında baş verib. 

40 yaşlı xadimə çalışdığı yerdən çıxıb evinə doğru getdiyi zaman hücuma məruz qalıb. Cinayətkar qadına təcavüz etmək istəyib, lakin qadın müqavimət göstərərək qaçmağı bacarıb.

35-ci Polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəx qismində Knyaz Tarverdiyev saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir. 

Bakucity.az

https://www.bakucity.az/
xadimə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər