Bakıda ərəb turistlərə dəymiş ziyan ödənildi

Bakıda ərəb turistlərə dəymiş ziyan ödənildi

Bakı polisi: "Ərəb turistlərə qarşı törədilən quldurluq zamanı dəymiş ziyan ödənilib"

Bakucity.az xəbər verir ki, avqustun 5-də paytaxtın Səbail rayonu ərazisində Səudiyyə Ərəbistanı vətəndaşlarına qarşı quldurluq əməli törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, növbətçi hissə, “Təhlükəsiz Şəhər” Xidməti, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 39-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini V.Abbasov, Kürdəmir rayon sakinləri Ş.Abdullayev və A.Qəmbərova, Biləsuvar rayon sakini E.Ağakərimov tutularaq istintaqa təhvil verilib.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, quldurluq yolu ilə talanan 1700 manat pul və beş mobil telefon müəyyən olunaraq sahiblərinə qaytarılıb:

“Qeyri-aşkar şəraitdə törədilən ictimai təhlükəli əməlin polis tərəfindən aşkarlanmaması üçün bütün mümkün imkanlardan istifadə edən cinayətkar qrupun üzvləri “isti izlərlə” yaxalanıb və onların əməlləri tam sübuta yetirilib".

İctimai təhlükəli əməlin təşkilatçısı olduğu sübuta yetirilən Ş.Abdullayevin həyat yoldaşı A.Qəmbərovanın himayəsində azyaşlı uşaq və hamilə olması səbəbindən həbs qətimkan tədbiri polisin nəzarəti altına verilmə ilə əvəz olunub.

Digər şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Onların digər ictimai təhlükəli əməllərdə əlaqəsinin olması və sair əhəmiyyət daşıyan halların aydınlaşdırılması istiqamətində zəruri prosessual tədbirlər davam etdirilir.

Bakucity.az 

ərəb turist
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər