Bakı toyunda 100 nəfər əlbəyaxa oldu – VIDEO

Bakı toyunda 100 nəfər əlbəyaxa oldu – VIDEO

Paytaxtda keçirilən toy məclisində kütləvi dava olub

Bakucity.az xəbər verir ki, dava Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən ”Kristal” şadlıq sarayında baş verib.

Toy məclisində başlayan dava daha sonra şadlıq sarayının həyətində daha da böyüyüb. Məclisində iştirak edən yüzə yaxın qonaq əlbəyaxa olub.

Hadisə yerinə Sabunçu rayon Polis İdarəsinin 13-cü bölməsinin əməliyyat qrupu gəlib. Polisin müdaxiləsindən sonra dava edən şəxslər sakitləşdirilib.

Hadisə yerindən çəkilmiş videogörüntünü təqdim edirik: (criminal.az)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər