Dananın paytaxt küçələrində qaçması böyük marağa səbəb olub.
Bakucity.az xəbər verir ki, ötən gün axşam saatlarında Qurban bayramında kəsilməsi üçün alınan dana Ziya Bünyadov prospektində kənar yola çıxaraq qaçmağa başlayıb. Heyvan nəqliyyatın hərəkətinə də maneə yaradıb.
Dananı saxlamaq üçün hətta Post Patrul Xidməti əməkdaşlarının qoşulduğu əməliyyat bir müddət davam edib. (Oxu.az)