Bakıda kütləvi dava zamanı iki nəfər bıçaqlanıb

Bakıda kütləvi dava zamanı iki nəfər bıçaqlanıb

Sabunçu rayonunda kütləvi dava olub

Bakucity.az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib. Dava edənləri ayırmaq istəyən 2000-ci il təvəllüdlü Xəlilov Pərviz Elxan oğlu və 1999-cu il təvəllüdlü Bayramov Fərhad Əli oğlu bıçaqlanıb.

Hər iki yaralı təcili olaraq xəstəxanaya çatdırılıb. P.Xəlilova sol budun, F.Bayramova isə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. (APA)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər