Biləcəri qəsəbəsindəki vaqon deposunda bədbəxt hadisə baş verib
Bakucity.azxəbər verir ki, 27 yaşlı Məmmədzadə Əli Niftəli oğlu iş zamanı depoda iki qatarın arasında sıxılmış vəziyyətdə qalıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. (Report)
Bakucity.az