Bakıda daha 2 ictimai çimərlik yaradıldı - FOTO

Paytaxtda ictimai çəmərliklərin yaradılması işləri davam edir

Bakucity.az xəbər verir ki,  paytaxt sakinləri və eləcə də şəhərimizin çoxsaylı qonaqlarının istək və arzularını, onların IDEA İctimai Birliyinə müraciətləri nəzərə alınaraq birliyin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzləri və pullu çimərliklərə alternativ olaraq ictimai çimərliklər yaradılır. Belə ki, Səbail rayonunda, “Şıx” çimərlik ərazisində yaradılan çimərlikdən sonra artıq Buzovna və Goradil qəsəbələrində növbəti çimərliklər yaradılaraq vətəndaşların istifadəsinə verilib. Əvvəllər baxımsız vəziyyətdə olan ərazilər təmizlənərək abadlaşdırılıb, burada tələbata uyğun sayda kölgəlik, soyunub-geyinmə kabinaları, duş, sanitariya qovşaqları, istirahətə gələn vətəndaşların nahar etmələri üçün söhbətgahlar quraşdırılıb, futbol və voleybol meydançaları yaradılıb, dəniz kənarına uzanan yola asfalt çəkilib, avtomobil dayanacağı yaradılaraq asfaltlaşdırılıb.

Vətəndaşların istirahətinin təşkili üçün çimərliklərin ərazisinə kifayət qədər oturacaq və qamaklar qoyulub, ərazi boyunca zibil konteynerləri quraşdırılıb, əlavə işlər görülüb.

Yaxın günlərdə daha 4 qəsəbədə də yeni ictimai çimərlik istifadəyə veriləcək. Ümumilikdə isə paytaxtın dənizkənarı ərazilərində 7 yerdə belə çimərliklərin yaradılması nəzərdə tutulub.

Yaradılan ictimai çimərliklərə giriş və digər xidmətlərdən istifadə pulsuzdur. Ərazinin təmizliyini lazımi səviyyədə saxlanılması üçün burada xidmət personalı fəaliyyət göstərəcək.

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
16 baxış oktyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Bu gün saat 12:00-dan Bakının Qaradağ rayonu, Korgöz, AZNS, Qızıldaş qəsəbələrində bir qrup abonentin və bir neçə mühüm əhəmiyyətli obyektin qaz təminatında fasilələr yaranacaq. Bu barədə Bakucity.az-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib. Bu müddətdə “Puta” qaz paylayıcı stansiyası ərazisində qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi və yararsız vəziyyətdə olan siyirtmənin yenisi ilə əvəz olunması işləri icra olunacaq. Bakuci...
Cəmiyyət
Bakı şəhərindəki klinikaların birində nadir cərrahiyyə əməliyyatı həyata keçirilib. Bakucity.az Baku.ws-ə istinadən məlumat verir ki, burunun içindən çıxan diş cərrahi müdaxilə ilə çıxarılıb. Nadir hallarda qeydə alınan bu əməliyyatı həyata keçirən həkim "Xəzər Xəbər"ə bildirib ki, əvvəlcə burunun içərisinə alətlərlə müdaxilə edilib. Kiçik bir prosedurdan sonra isə orada bitən diş çıxarılıb. Həkim-stomatoloq Naib Bayramov deyib ki, dişin burunun içində çıx...
Hadisələr
Bakıda minik avtomobili qəzaya uğrayıb. Bakucity.az "Report"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda, keçmiş "Komsomol dairəsi" kimi tanınan ərazidə qeydə alınıb. Mərkəz istiqamətində hərəkətdə olan "Chevrolet Niva" markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində avtomobil dəmir maneələrə çırpılıb. Qəza səbəbindən yolda tıxac yaranıb. Əraziyə yol polisi əməkdaşları cəlb edilib. Bakucity.az
Cəmiyyət
Oktyabrın 13-də  Bakıda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeroloji Proqnozlar Bürosundan Bakucity.az-a bildirilib ki, gündüz, əsasən, yağmursuz keçəcək.  Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-18° isti, gündüz 20-24° ist...
Kriminal
Paytaxtın Nərimanov rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. Bakucity.az Report-a istinadən xəbər verir ki, 24 yaşlı Cəlal Maarifzadə qonşusu və həmyaşıdı Rəhman İsmayılov tərəfindən bıçaqlanıb. C.Maarifzadə xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər. Hadisəni törədən şəxs saxlanılıb. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi başlanıb. Bakucity.az
Cəmiyyət
Rusiyanın Rostov şəhərinin “Platov” beynəlxalq aeroportundan yaxın vaxtlarda Bakı, Tel-Əviv, Pattaya və Qoaya birbaşa sərnişin aviareysləri açılacaq. Bakucity.az “Platov” aeroportunun yaydığı məlumata istinadən xəbər verir ki, “AzurAir” aviaşirkəti oktyabrın 30-dan etibarən Rostov-Pattaya, noyabrın 5-dən isə Rostov-Qoa marşrutu üzrə birbaşa uçuşlara başlayacaq. “Azimut” aviaşirkəti isə dekabrın 1-dən Rostovdan Tel-Əvivə, dekabrın 2-dən isə Bakıya birbaşa u...
Hadisələr
Bakıda 45 yaşlı kişi hamamda çimərkən dəm qazından boğulub. Bakucity.az xəbər verir ki, hadisə bu gecə 01:30-da Binəqədi rayonunda qeydə alınıb. Binəqədi rayon Polis İdarəsi 6-cı polis bölməsinə məlumat daxil olub ki, 1974-cü il təvəllüdlü Elçin Məcnun oğlu Sadıqov kirayə yaşadığı Y.Hüseynov küçəsi ev 9 ünvanının hamam otağında dəm qazından zəhərlənib və ölüb. Daxil olan məlumata əsasında hadisə yerinə və meyitə baxış keçirilib. E.Sadıqovun meyiti daxili m...
Cəmiyyət
Yağışlı havalarda sürücülərə avtomobil idarə edərkən son dərəcə ehtiyatlı olmaları tövsiyə edilir. Buna səbəb isə yolların həddindən artıq sürüşkən olmasıdır. Bir çox hallarda sürücülər adi hava ilə yağışlı hava arasında fərq qoymadan avtomobil idarə edirlər. Bu da acı nəticələrə gətirib çıxarır. Bakucity.az xəbər verir ki, avtosfer.az-ın təqdim etdiyi videogörüntülərdə üç qəza qeydə alınıb.  Hər üç qəza demək olar ki, eyni ərazidə baş verib. Aeroport yolu...
Biznes
Bahalaşma əsasən paytaxtın mərkəzi küçələrində müşahidə olunur. Bakıda ilkin mənzil bazarında sentyabr ayı ərzində 0,26 faiz bahalaşma olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,32 faiz artım deməkdir. Bu barədə Bakucity.az-a açıqlamasında daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib. “Bahalaşma Bakıda əsasən 1, 5, 6.2, 6.3, 10.3-cü zonalarda müşahidə olunur. Yeni tikililərdə birotaqlı mənzillərin qiymətində 3,5 faiz, 4 otaqqlı mənzil...