Paytaxtda 87 yaşlı kişi faciəli şəkilə ölüb
Bakucity.az xəbər verir ki, hadisə Nərimanov rayonu, Təbriz küçəsi, 17 ünvanında baş verib.
Dördmərtəbəli binanın üçüncü mərtəbəsində yaşayan 1932-ci il təvəllüdlü Əhmədov Oqtay Abbasqulu oğlu ehtiyatsızlıqdan eyvandan yıxılıb.
O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır. (Oxu.az)
Bakucity.az