Bakıda polis xüsusi əməliyyat keçirdi, saxlanılanlar var - FOTO

Paytaxtda 1 tona yaxın narkotik vasitə aşkar edilib

Bakucity.az xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilməsi istiqamətində xüsusi əməliyyat tədbiri həyata keçirilib.

Daxil olmuş məlumat əsasında Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Ağalar Xəlilov paytaxt ərazisində saxlanılıb.

Onun Xəzər rayonu Albalılıq bağlar sahəsində yaşadığı evə baxış zamanı 13 kiloqram çəkidə qurudulmuş marixuana və narkotik vasitələrin çəkisi müəyyən etmək üçün istifadə edilən elektron tərəzi aşkar edilərək götürülüb.

İlkin sorğu zamanı A.Xəlilov  marixuananı Sabunçu rayonu Maştağa qəsəbəsində əkdiyini kultivasiya yolu ilə yetişdirəndən sonra satmaq məqsədi ilə yaşadığı evə gətirdiyini bildirib.

Baş İdarə əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilərək A.Xəlilovun narkotik tərkibli bitkiləri əkdiyi Maştağa qəsəbəsindəki bağ sahəsinə baxış  keçirilib. Nəticəədə oradan yaş halda çəkisi bir tona yaxın 168 ədəd çətənə bitkisi də aşkar olunaraq götürülüb.

Qeyd edilən hər faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Azərbaycanda  bir sutkada 5 nəfər koronavirusdan ölüb. Azərbaycan Respublikasında 168 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 80 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.  BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1940, 1952, 1955, 1959 və 1962-cı il təvəllüdlü 5 nəfər vəfat edib.  Hazırkı dövrədək ölkəmizdə 5 662 n...
Mədəniyyət
Mərhum jurnalist Aynur Mirhəsənin “Azadlıq ibadəti” adlı kitabı çapdan çıxıb. BakuCity.az xəbər verir ki, bu, Aynur Mirhəsənin ilk kitabıdır. Sağlığında onun kitabı işıq üzü görməyib. “Qanun” nəşriyyatının buraxdığı “Azadlıq ibadəti”ndə Aynur Mirhəsənin bir hekayəsi, esseləri, tarix, media məsələləri, insan haqları, dövlət idarəçiliyi, dini etiqad və vicdan azadlığı problemlərinə həsr olunmuş məqalələri, reportaj və müsahibələri, araşdırmaları toplanıb. 19...
Biznes
"Dəniz Mall" bu gündən fəaliyyətə başlayıb. BakuCity.az xəbər verir ki, ticarət mərkəzinə daxil olarkən koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminə əməl edilməlidir: "Çox böyük məmnuniyyətlə nəzərinizə çatdırırıq ki, "Dəniz Mall" 1 iyundan fəaliyyətə başlayır. Sizdən ticarət mərkəzinə daxil olarkən koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminə əməl etməyinizi, insanlarla məsafə saxlamağı və maskalardan istifadə etmə...
Ekologiya
İyunun 2-nə gözlənilən hava şəraiti açıqlanıb.  Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.  Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 25-29, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq.  Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət...
Kriminal
Yandırılmış halda meyiti tapılan Nərmin Quliyevanın qəbri gizlin olaraq qazılıb. BakuCity.az xəbər verir ki, bu barədə mətbuata məlumatı qətli törətməkdə ittiham olunan İlkin Süleymanovun yaxınları məlumat verib. Onlar bir sıra iddialar səsləndirib.  BakuCity.az
Ekologiya
Bu ay Bakıda və Abşeron yarmadasında gözlənilən hava şəraiti açıqlanaıb. İyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər normadan yüksək, aylıq yağıntının miqdarının isə iqlim normasına yaxın, bəzi yerlərdə normadan bir qədər az olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindıb BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 23-26 dərəcə isti olacağı gözlənilir...
İdman
“Neftçi” klubu futbolçusu Anton Krivotsyukla müqavilənin müddətini uzadıb. BakuCity.az paytaxt təmsilçisinin rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, 21 yaşlı müdafiəçi 2022-ci il mayın 31-dək komandanın formasını geyinəcək. Qeyd edək ki, Krivotsyuk bu mövsüm 24 oyunda meydana çıxıb, 4 qola imza atıb. BakuCity.az
Mədəniyyət
"OnlayNHN" layihəsinin üçüncü turuna yekun vurulub. Gənclər arasında keçirilən "Evdə qal, OnlayNHNə qoşul’’ şüarı ilə Nə? Harada? Nə zaman? oyunu üzrə "OnlayNHN’’ layihəsinin üçüncü turuna yekun vurulub. BakuCity.az  xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Gənclərin İntellektual İnkişaf Mərkəzi və "Xəzər İntellektual Gənclər Klubu"nun təşkilatçılığı ilə "Quantum" platformasında keçirilən yarışda 50-dən artıq komanda mübarizə apa...
Cəmiyyət
Yaşı 8-dən yuxarı olan uşaqların fərdi təhsilə cəlb edilməsinə başlanılır. Yaşı 8-dən yuxarı olan uşaqlar Təhsil nazirinin 29.05.2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar. Təhsil Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, yaşı 8-dən yuxarı olan uşaqların valideynləri www.mektebeqebul.edu.az saytında qeydiyyatdan keçdikdən sonra 1 iyun ta...