“Azəryol” klubunun avrokubokdakı matçlarının vaxtı dəqiqləşib
Bakucity.az-ın məlumatına görə, EHF kubokunda debüt edəcək Bakı təmsilçisi Ukraynanın “Qaliçanka” klubu ilə ilk matçına sentyabrın 7-də çıxacaq.
Lvovda baş tutacaq oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Paytaxtımızda keçirilməli cavab oyununu da bu şəhər qəbul edəcək. “Azəryol”in “Qaliçanka” ilə ikinci qarşılaşması sentyabrın 8-nə təsadüf edəcək. Görüş isə saat 19:00-da başlayacaq. (APA)
Bakucity.az