“Neftçi”ni səfərdə çətin sınaq gözləyir
Bakucity.az xəbər verir ki, paytaxt təmsilçisi Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində doğma meydanda baş tutan ilk oyunda İsrailin “Bney Yehuda” klubu ilə 2:2 hesablı heç-heçə edib.
Petak Tikvadakı “Ha Moshava” stadionunda keçiriləcək cavab matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
“Play-off”da bu cütün qalibi “Malmö” (İsveç) – “Zrinski” (Bosniya və Herseqovina) oyunun qalibi ilə qarşılaşacaq. İlk oyunda İsveç təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.
Bakucity.az